Page 251 - Islamic Studies 02
P. 251

Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (249


               qərarlaşdırmamalıdır. Elə hərəkətlər etməməlidir ki, insanlar onun
               haqqında  yanlış  düşüncələrə  malik  olsunlar.  Buna  misal  olaraq;
               pis  əməlli  insanlarla  yoldaşlıq  etmək,  nalayiq  yerlərdə  səmimi
                                                                     1
               iştirak etmək və sair məsələləri qeyd etmək olar.
               Həzrət  Əli  (ə)  buyurur:  "Töhmətə  səbəb  verən  və  haqqında  pis
               gümanlar edilən məclislərdən uzaq dur. Buna görə ki, pis dost öz
               yoldaşını  aldadar...  Töhmətə  səbəb  olan  (nalayiq  gümanlar
               verilən)  məkanlarda  olan  şəxs,  barəsində  pis  güman  edənləri
               danlamamalı, qınamamalıdır.»
                                                 2

               Əbəd və ehtiramla davranar
               Qurani-Kərim        buyurur:     «Ey     iman      gətirənlər!    Sizə
               «məclislərdə yer verın» deyildiyi zaman yer verın ki, Allah da
                                                                           3
               sizə genişlik versin. «Qalxın» deyiləndə də qalxın!»
               İslam dini ədəb və əxlaq dinidir. Peyğəmbərimiz (s) məhz gözəl
               əxlaqın  ən  ali  nümunəsini  insanlara  göstərmək  üçün
               göndərilmişdir.Belə  bir  dini  insanlara  yayan  şəxs,  onlarla
               hörmətlə, gözəl davranmalıdır. Çünki o daha gözəl bilir ki, imanlı
               insanın varlığının qiyməti və dəyəri, elm və ədəbidir. Bunun üçün
               də, bütün ömrü boyu onları  əldə etməyə çalışır. Anlayır ki, elm
               və ədəbi hər nə qədər artsa, dəyər və layaqəti də bir o qədər artar.
                                                                                         4
               Ruhani böyüklərə ehtiram, kiçiklərə qayğı göstərməlidir. Necə ki,
               Həzrət  İmam  Səccad  (ə)  buyurur:  "Hər  bir  müsəlmanı  öz  ailən
               kimi  bil.  Böyüklərinə  atan  kimi,  kiçiklərinə  də,  övladın  kimi
                     5
               bax."



               1 - Əmali, Səduq , səh. 28; Biharül-ənvar, c. 75, səh. 91; Tühəful-üqul,  səh. 376
               2- Biharül-ənvar, c. 75, səh. 90; həmin mənbə, c. 75, səh. 90
               3 - Mücadilə\11
               4 - Mişkatül-ənvar, səh. 135
               5 - əl-Həyat, c. 1, səh. 411
   246   247   248   249   250   251   252   253   254   255   256