Page 247 - Islamic Studies 02
P. 247
Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (245
Allahdan başqa heç kəsdən qorxmayan şəxs abad edər. Ümid
1
var ki, onlar doğru yolu tapsınlar.»
İman dolu qəlbilə islam dinini təbliğ edən şəxs, ayrı-seçkilik,
kin-küdurət, qruplara bölmə və münaqişə yaratmaqdən
uzaqdır. O daim abadlıq yaratmaq niyyətindədir. Abadlıq isə
qarma-qarışıqlıq və kin-küdurətlə deyil, rəhmət və ülfətlə
mümkündür.
Şeytana uymazlar
Qurani-Kərim buyurur: «Ey Adəm övladları! Şeytan sizin
ata-ananızı Cənnətdən çıxardıb ayıb yerlərini özlərinə
göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də
aldatmasın. O və onun dəstəsi sizi, onları görmədiyiniz
yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman
2
gətirməyənlərin dostları etdik.»
Dini təbliğ edən imanlı şəxslər, şeytanın sevdiyi
şəhvətpərəstliyə uymaz, onun vəsvəsələrinə qulaq asmazlar.
Onlar nəfslərinin ən böyük düşman olduğunu anlayıb, daim
onunla mübarizə apararlar. Onu cilovlayıb, kontrolda
saxlayarlar. Bu sahədə şeytanın dostları sayılan
şəhvətpərəstlərin hiylə və vəsvəsələrindən də ehtiyatlı olarlar.
Çünki şəhvətpərəstlərlə yoldaşlıqlıq imanın unudulmasına və
şeytanın hazır olmasına gətirib çıxarar.
3
Qurani-Kərimdə oxuyuruq: «Həqiqətən, Şeytanın iman
gətirən və öz Rəbblərinə təvəkkül edənlərin üzərində
4
hakimiyyəti yoxdur.»
1 - Tövbə\18
2 - Ə‘raf\ 27
3 - Nəhcül-Bəlağə, xütbə 86
4 - Nəhl\99