Page 249 - Islamic Studies 02
P. 249

Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (247


               Bununla  belə,  unutmaq  lazım  deyildir  ki,  hər  bir  şey  öz
               əndazəsində  gözəldir.  Təkəbbürlü  olmamaq  və  təvazökar
               olmaq  niyyəti  ilə insan özünə  inamı itirməməli, iradə sahibi,
               qətiyyətli, izzətli və vüqarlı olmalıdır. Vüqarlı və izzətli olmaq
               təkəbbürlü olmaq mənasına deyildir.

               Haqsız mal yeməz
               Qurani-Kərim  buyurur:  «Ey  iman  gətirənlər!  Qarşılıqlı
               razılıqla edilən ticarət istisna olmaqla bir-birinizin mallarını
               haqsız  yerə  yeməyin  və  bir-birinizi  öldürməyin.  Həqiqətən
                                                     1
               Allah sizə qarşı mərhəmətlidir.»
               Cəmiyyətdə  dini  maarifləndirməyə  məşğul  olan  ruhani,  öz
               imanına  pənah  apararaq  kimsənin  malına  göz  dikməz.  Kiminsə
               hüququnu tapdamaz. Haram ruzi əldə etməz. Din təbliğatçısı və
               ilahiyyatçı  ruhani  dünyapərəstlikdən  uzaq  durmalıdır.  Çünki
               insanın  qəlbində  dünya  hərisliyi  və  sərvət  eşqi  varsa,  onun
               qəlbində  artıq  Allah  məhəbbəti  mövcud  deyildir.  Həzrət
               Məhəmməd (s) bu barədə buyurur: "Dünya məhəbbəti ilə Allah
               məhəbbəti  heç  bir  zaman  qəlbdə  cəm  (birlikdə)  ola  bilməz."
                                                                                         2
               Buna görə ki, dünya həvəsi və sərsəmliyi insanı Allahdan və haqq
               yoldan  uzaqlaşdıran  ən  əsas  amildir. Onun  saflığına kölgə salır,
               onu ikinci mərhələdə qərarlaşdırır. Allaha olan eşqdən və haqqa
                                                         3
               olan sevgidən yalnız quru iddia qalır.
               Qurani-Kərimdə  oxuyuruq:  «Ey  iman  gətirənlər!  Əgər
               möminsinizsə,  sələmdən  gələn  gəliri  tərk  edin.  Belə
               etməsəniz,  Allaha  və  onun  Peyğəmbərinə  müharibə  elan
               etmiş  olarsınız.  Əgər  tövbə  etsəniz,  sərmayəniz  (mayanız)



               1 - Nisa\29
               2- Tənbihül-xəvatir, c. 2, səh.122
               3 - Din və Təbliğ, səh 81
   244   245   246   247   248   249   250   251   252   253   254