Page 248 - Islamic Studies 02
P. 248

246) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Nizam-intizamı pozmaz və qanunlara riayət edər
               Hansısa  bir  məntəqədə  fəaliyyət  göstərən  ruhani,  kor-koranə
               öz  istəklərinə  “Allahın  razılığı”  ünvanını  qoyub,  qanunlara
               tabe  olmamağa  və  hərc-mərclik  yaratmağa  haqqı  yoxdur.
               Qanun bir cəmiyyət tərəfindən qəbul edilibsə, ona riayət etmək
               lazımdır.  Əgər  kiminsə  haqqı  pozulursa,  buna  münaqişə  və
               hərc-mərclik  yaradaraq  deyil,  müasir  və  qanuni  yollarla

               reaksiya  vermək  lazımdır.  Çünki  qanunsuzluq,  hər  halda
               pisdir. Xaos yaratmaq, cəmiyyətdə özbaşınalığa yol aça bilər.
               Amma qanuna qarşı qanunla mücadilə etmək isə, əksinə daha
               düzgün qanunun tapılmasına şərait yaradır.

               Təvazökardır
               Qurani-Kərim  buyurur:  "Yer  üzündə  təkəbbürlə  gəzib
               dolaşma.  Çünki  sən  nə  yeri  yara  bilər,  nə  də  (əzəmətdə)
                                                     1
               yüksəlib dağlara çata bilərsən."
               Təvazökarlıq  imanın  ayrılmaz  bir  hissəsi  olaraq,  insana
               mənəvi ucalıq bəxş etməkdən əlavə, İlahi rəhmətini cəlb edər,
               insanların qəlbini ovsunlayar. Buna görə ki, gözəllik gözəllik
               çağırar, təvazökarlıq könüllərdəki paklığı oyadar.
               İmam Kazim (ə) buyurur: "Həqiqətən, əkin daş üzərində deyil,
               yumşaq  torpaqda  əmələ  gələr.  Hikmət  də  belədir,  təvazökar
               qəlblərdə  abad  olar,  özündənrazı  və  təkəbbürlü  qəlbdə  isə
               yetişməz.  Çünki  Allah  təvazökarlığı  ağıl  üçün  bir  vasitə
                        2
               qoyub."
               Qurani-kərimdə  ilahi  dinini  insanlara  yayan  Peyğəmbərə  (s)
               buyurulur:  "Sənə  tabe  olan  möminləri  (təvazökarlıqla
                                                     3
               məhəbbət) qanadının altına al!"



               1 - İsra\37
               2 - Biharül-ənvar, c. 78, səh. 312
               3 - Şuəra\215
   243   244   245   246   247   248   249   250   251   252   253