Page 34 - Islamic Studies 02
P. 34
32) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla
dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri
ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər,
səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir-
1
bərəkət bürüyər)!”
Həzrəti Əmir (ə.s) buyurub: “Zühuru (Ali-Məhəmmədin (s)
zühurunu) gözləyin və Allahın rəhmətindən ümidinizi
üzməyin. Heç şübhəsiz, Allah dərgahında ən üstün əməllərdən
2
biri də onun zühurunun intizarında olmaqdır”. Yeri gəlmişkən
həzrəti Əmir (ə.s) Allah rəsulundan (s) nəql edərək buyurur:
“Onun qeybi dövründə dünyaya gələn şəxs zamanının imamını
tanıyıb qəbul etmədən ölərsə cahil kimi (cahiliyyə dövrünün
insanı kimi dinsiz, imansız) ölmüşdür”. Və başqa bir hədisdə
isə Allah rəsulu (s) belə buyurmuşdur: “Yer üzü zülm və
düşmənçiliklə dolacaqdır və həqiqətən bizim Əhli-beytdən
(ə.s) olan kişi qiyam edəcəkdir ki, yer üzünü ədalətlə
3
doldursun. Necə ki, düşmənçilik və zülmlə dolmuşdur”.
De: “Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının)
müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan)
4
məhəbbətdən başqa bir muzd istəmirəm”.
“İmam Əbu əl-Abbas əl-Muğstağfiri “Dəlailun-Nubuvvəti
val-Mucizat” kitabında Mehdi haqqında Abdullah ibn Məsuda
(Allah ondan razı olsun) qədər sənədlə rəvayət edər:
“Rəsulullah (salləllahu aleyhi və səlləm) bu cür
buyurmuşlardır: “Günlər və gecələr tükənmədən Allah əhli
beytimdən adı mənim adımdan, atasının adı atamın adından
olan bir adam göndərər. Yer üzü necə zülm və cövr ilə
1əl-Müstədrəkü ələs-səhiheyn, c. 4, səh.465. Heydərabad çapı.
2Biharul-ənvar, c. 52, səh.123.
3Biharul-ənvar, c. 5, səh. 73.
4Şura, 23.