Page 47 - Islamic Studies 02
P. 47
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı
1
İlqar Əzimov
Abstrakt
Mövzumuz “Təsdiq sahələsində əxlaqın dinə ehtiyacı” olduğu
üçün ilk öncə din və əxlaqın tərifini nəzərdən keçirək, çünki
məntiqi nöqteyi-nəzərdən mövzunun düzgün tərif olunması
mövzu haqqında düzgün bilgi əldə etməyə zəmin yaradır.
“Din” ərəb sözü olub, lüğətdə mükafat mənasını ifadə edir.
“Din vəhy ilə gələn, insanların Quran və sünnə vasitəsilə
doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və
dəyərlər toplusudur. ” “Əxlaq” xülq sözünün cəm formasıdır:
xəlq və xülq sözləri ərəb mənşəli olub, eyni kökdən
götürülmüşdür, lakin məna etibarı ilə bu sözlər bir-birindən
fərqlənir: “xülq” daxili xüsusiyyəti, “xəlq” isə zahiri formanı
nəzərdə tutur. İnsanlarda müşahidə olunan hər bir daxili
keyfiyyət, əməl və hərəkət əxlaq və əxlaqi rəftar adlanır.
Açar sözlər: Din, Əxlaq, Kamillik, Təkmilləşdirmə, Ehtiyac
1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.