Page 146 - Islamic Studies 03
P. 146
Quranın Hərtərəfli olmaq baxımından möcüzə
olması
1
Elçin Əliyev
Abstrakt
Qarşınızdakı elmi əsər, Quranın möcüzəvi bir kitab olduğunu
sübut etmək, eyni zamanda insanları Quranın zənginliklər ilə
dolu olan mənaları ilə yaxından tanış etmək məqsədi ilə ərsəyə
gətirilmişdir.
Bu yazıda əsasən vahid bir hədəfə tərəf addım atılır. Belə ki,
Quran ayələrinin əhatəli olması haqqında danışılaraq, bu
müqəddəs kitabın möcüzəvi bir kitab olması haqqında
məlumat verilir. Yazının bu hissəsindən məqsəd budur ki,
Quranın bir mövzu haqqında yox, çox sayda mövzular barədə
məlumat verən bir kitab olduğu sübut olunsun. Yəni Quranda
yalnız islam şəriətinə aid olan mövzulardan yox, bəlkə əxlaq,
məntiq, tarix, tibb, hekayə, nəsihət, sosyologiya, ailə
davranışları, yaradılış və bir çox fərqli mövzular haqqında
danışılır.
Quran ilə yaxından tanış olmayan insanlar və ya bəzi İslam
düşmənləri, Quranda danışılan tarixi hadisələrin uydurma
olduğunu iddia edirlər. Bu elmi işdə onların iddiasının yanlış
olduğu sübut olunur.
Açar kəlmələr: Quran, möcüzə, əhatəlilik, hərtərəfli
- İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, 1
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran