Page 150 - Islamic Studies 03
P. 150

Quranın Hərtərəfli olmaq …/ (149


               Fiqh mövzusuna aid olan ayə və hədislər

                 Fiqhi  ayələrə  işarə  etmədən  öncə,  yaxşı  olar  ki,  “Fiqh”
               sözünün mənası ilə tanış olaq. Fiqh sözü ərəbköklü bir sözdür
               və şəriət, dini qanunlar və əhkamlar anlamını daşıyır. Deməli “
               Fiqhi ayələr” dedikdə, dini əhkamlar və qanunlar barədə olan
               ayələr nəzərdə tutulur.

                 Quranda çox sayda Fiqhi ayələr var və alimlərin baxışlarına
               görə  o  ayələrin  sayı  fərqlidir.  Bəzi  alimlərin  fikrinə  əsasən

               Quran  ayələrinin  dörddə  bir  hissəsi  Fiqhi  ayələrdir.  Bəzi
               alimlər  isə  Quran  ayələrinin  üçdə  birinin  Əhkam  ayələri
               olduğunu bildirirlər.

                 Şiə  alimlərinin  çoxu  bu  qənaətdədir  ki,    Qurandakı  Fiqhi
               ayələrin  sayı  500  ayədir.  Əlbəttə  500  ayə  ilə  kifayətlənib,
               Quranın digər ayələrinin şəriətə aid olmadığını da düşünmək
               yanlış olar.

                 Çünki ola bilər bir alimə görə müəyyən ayə şəriət qanunlarını
               sübut  etmək  üçün  mənbə  sayılmasın,  amma  digər  alimin
               fikrinə və düşüncəsinə əsasən, həmin ayə hər hansı bir şəriət
               qanunu üçün dəlil hesab olsun. Bunu nəzərə alaraq bu qənaətə
               gəlirik ki, Qurandakı şəriət ayələrinin sayı ən azı 500 ayədir və
               alimlərin  Fiqh  elmində  istifadə  etdiyi  qanunlar  və
               düşüncələrini  nəzərə  alsaq,  həmin  ayələrin  sayı  qeyd  olunan
               rəqəmdən daha çox ola bilər.

                 “Fiqh”  sözü  və  Qurandakı  şəriət  ayələrinin  ümumi  sayı  ilə
               tanış  olduqdan  sonra,  aşağıda  bəzi  şəriət  ayələrini  nümunə
               olaraq gətiririk.
   145   146   147   148   149   150   151   152   153   154   155