Page 151 - Islamic Studies 03
P. 151
150) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Təmizlik hər bir insanın vicdanı və fitrəti ilə uyğundur və
ona görə də təmizliyi hər kəs bəyənir. Elə bir insan tapılmaz
ki, təmizlik yerinə, çirkablığı sevmiş olsun. Paklıq və təmiz
yaşam tərzi, islam dininin əsas prinsiplərindən biridir. Əslində
təmizlik və paklıq doğruluğun, murdarlıq isə batil və
yanlışlığın rəmzidir. Elə buna görə də Allah insanların pak
olmasına dəyər verir və paklığı sevir. İslamda paklığa verilən
önəm barədə çox danışmaq olar, amma yazının uzanmaması
üçün bu barədə bir neçə ayə və hədis gətirməklə kifayətlənirik.
(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən
binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək)
üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir.
Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları
(özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan,
1
çirkinliklərdən qorumağa çalışanları) sevər!
Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və
dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər)
əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə
(oynağa) qədər ayaqlarınızı məsh edin. Əgər cünub (murdar)
olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub
təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq
yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman
su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə
və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə
torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək
əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin
Tövbə, 108. 1