Page 147 - Islamic Studies 03
P. 147
146) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Giriş
Quranın möcüzəvi bir kitab olduğu barədə fərqli dillərdə və
çox sayda kitablar yazılıb. Həmin kitablarda Quranın bir çox
möcüzələri barədə kifayət qədər məlumatlar var. Bunu nəzərə
alaraq, həmin kitabların mövzusu olan möcüzələrinin bəzisinə
işarə edib, daha sonra əsas mövzumuza keçəcəyik.
İndiyə qədər, Quran ayələri arasında ziddiyyətin olmaması,
Quranı gətirənin (peyğəmbər) Ümmi (Təhsil almayıb) olması,
Quranın Fəsahət və Bəlağəti, onun səlislik və ritorika, İfadə
üslubu, əsaslandırma üsulu, qeybi xəbərləri, elmi xəbərləri,
ədəbi möcüzəsi və bu müqəddəs kitabın təhrif olunmamaq
baxımından möcüzə olması kimi çox sayda möcüzəvi cəhətləri
əsas tutularaq, fərqli dillərdə kitablar yazılıb.
Biz isə bu elmi işdə Quranın fərqli və yeni bir xüsusiyyətini
araşdırıb, onun möcüzəvi bir kitab olduğunu sübut edəcəyik.
Təbii ki, Quran Allahın bəndələri üçün göndərdiyi sonuncu
kitabıdır və bu kitab qiyamətə qədər insanlara nümunə olacaq.
Bu baxımdan da, qiyamətə qədər Quranın daha fərqli və yeni
möcüzəvi cəhətləri aşkar olunacaq.
Ümid edirəm ki, bu elmi iş Quranla daha yaxından tanış
olmağa bir vəsilə olacaq və gün keçdikcə qəlbimiz Quran nuru
ilə daha da işıqlı olacaq.