Page 148 - Islamic Studies 03
P. 148
Quranın Hərtərəfli olmaq …/ (147
Quran insanları doğru yola dəvət etmək üçün nazil olan bir
kitab olmasına baxmayaraq, bu kitabda şəriət qanunlarından
başqa, digər mövzular barədə də kifayət qədər ayələr var.
Əgər Quranın ayə və surələrini diqqətlə oxusaq, çox sayda və
fərqli mövzularda faydalı məlumatlara rast gələ bilərik. Belə
ki, əgər Quranın bütün ayələrini oxusaq, görərik ki, orada
yalnız şəriət ayələri yox, fərqli mövzularda da ayələr var.
Misal üçün ayələrə diqqət etsək, görərik ki, orada islam
əxlaqı, irfan, rəhbərlik mövzusu, elmi həqiqətlər, iqtisadiyyat,
səyahət, astranomiya, təlim-tərbiyə, turizm, ailə və bu kimi bir
çox faydalı mövzular haqqında da ayələr var.
Quranda fərqli mövzuların olması, bu müqəddəs kitabın
yorucu bir kitab olmadığını sübut edir. Çünki Quranda olan bu
incəlik və fərqli mövzular, oxucuların yorulmamasına səbəb
olur.
Quranın bu xüsusiyyətə malik olması, onun qeyri adi,
möcüzəvi və Allah tərəfindən göndərilmiş bir kitab olduğunu
bir daha sübut edilir.
Quranın Hərtərəfli olmaq baxımından möcüzə olması
İslam Peyğəmbərinə (s.ə) Allah tərəfindən nazil olan
müqəddəs Quran kitabı, digər Peyğəmbərlərə (ə) göndərilən
kitablardan üstün bir kitabdır. Peyğəmbərin (s.ə) möcüzələri
içərisində ən böyük və önəmli möcüzə də, elə Qurandır. Bunun