Page 141 - Islamic Studies 03
P. 141

140) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



                  Əhli-beyt  (ə)  baxçasının  şəfaət  gülü  -  Həzrət  Zeynəb  (s.ə)
               İslamda şəfaətdən danışdıqda, Əhli-beyt (ə) bağçasının şəfaət
               vermək məqamına malik olduqca dəyərli güllərindən danışmaq
               lazımdır. Belə bir şəxsiyyətlərdən biri - Həzrət Zeynəbdir (s.ə).
               Həzrət  Zeynəb  (s.ə)  haqqında  danışmaq  çox  çətindir.  Çünki
               onun  mübarək  adı  müsibətlərlə,  Kərbəla  səhnələri  ilə
               həmahəng  olaraq  çəkilir.  Həzrət  Zeynəb  (s.ə)  böyük  şəfaət
               məqamına malik olan şəxslərdən biri olaraq tanınır. Onun bu
               məqamını tanımaq üçün ilk öncə həyatına qısaca da olsa nəzər
               salmaq                                                     önəmlidir.
               Hər  bir  insanın  yetişməsi,  formalaşmasında  üç  amil  çox
               mühümdür.  Birincisi,  onun  hansı  nəslə,  hansı  ailəyə  mənsub
               olmasıdır.  İkinci  amil,  insanın  yetişməsi  üçün  zəruri  olan
               mühitdir. Üçüncü, insanın özünün iradəsi və iradəsindən irəli
                                                                       1
               gələrək istedadlarını inkişaf etdirməsi ilə bağlıdır.
                   Həzrəti  Məsumənin  (s.ə)  məqamı  o  qədər  böyükdür  ki,
               müsəlmanlara şəfaət verəcəkdir. Həzrət Məsumə (s.ə) alimlər
               və  fəqihlər  arasında  “Əhli-Beytin  (ə)  kəriməsi”  ləqəbini
               almışdır.  Bu  ləqəb  ancaq  o  Həzrətə  (s.ə)  şamil  edilir.
               Ayətullah  Mərəşi-Nəcəfinin  nəqlinə  görə,  bu  ləqəbi  o  gözəl
               Xanıma       (s.ə)   Həzrət      İmam      Sadiq     (ə)    vermişdir.
               Ayətullah  Mərəşi-Nəcəfi  gördüyü  sadiq  yuxuların  birində
               İmam Sadiqin (ə) Xanıma bu cür müraciət etdiyini eşitmişdir:
               “Eşq     olsun     sənə,    ey     Əhli-Beytin      (ə)    kəriməsi!”.
               Ayətullah  Hacı  Seyyid  Muhəmməd  Vəhidi  seyyidlərin
               birindən  nəql  edir:  “Gecə  röya  aləmində  Həzrət  Məsumə
               Fatimənin             (s.ə)          xidmətinə             getmişdim.
               Aramızda maneə və pərdə yox idi. Hiss etdim ki, mən Xanım
               üçün  məhrəməm.  O,  seyyidlərin  bibisidir.  Ondan  soruşdum:


                                                                             Musavat.com 1
   136   137   138   139   140   141   142   143   144   145   146