Page 152 - Islamic Studies 03
P. 152

Quranın Hərtərəfli olmaq …/ (151


               O  sizi  pak,  təmiz  etmək  və  sizə  olan  nemətini  tamamlamaq
                                                              1
               (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!
                 O  vaxt  (Bədr  vuruşunda)  Öz  tərəfindən  (köməyindən)
               arxayınlıq  əlaməti  olaraq,  Allah  sizi  xəfif  bir  uyğuya
               daldırmış,  sizi  (çirkdən-pasdan)  təmizləmək  (və  ya  dəstəmaz
               almaq),  Şeytanın  vəsvəsəsini  sizdən  çıxartmaq,  ürəklərinizi
               (qələbəyə  inamla)  doldurmaq  və  (quma  batmasın  deyə)
               ayaqlarınızın  altını  möhkəm  etmək  üçün  göydən  üstünüzə
                                     2
               yağış yağdırmışdı.
                 Öz  Rəbbini uca  tut! Libasını  təmizlə!  (Nəfsini  günahlardan
               pak et!).
                         3

                 (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah
               dərgahında)  qorunub  saxlanılan  bir  Kitabdadır  (lövhi-
               məhfuzdadır,  yaxud  lülələnib  bükülmüş  kağızlardadır).  Ona
                                                   4
               yalnız pak olanlar toxuna bilər!
                 Paklığa aid olan ayələri diqqətlə oxuyanda, başa düşürük ki,
               islamda  iki  növ  paklıq  var.  Onlardan  biri  zahiri  və  cismi
               paklıq, digəri isə mənəvi və ruhi paklıqdır. İslam dini hər iki
               növ paklığa dəyər verir və insanın kamilliyə qovuşması üçün
               həm mənəvi, həmdə cismi paklığa riayət etməyi önəmli hesab
               edir.

                 Həmçinin  əgər  maidə  surəsinin  6-cı  ayəsinə  diqqət  etsək,
               görərik  ki,  Allah  ayədə  insanları  çətinliyə  salmaq  üçün  yox,
               bəlkə onları pak və təmiz etmək, eləcə də onlara öz nemətini


                                                                                Maidə, 6. 1
                                                                                Ənfal, 11. 2
                                                                           Muddəssir, 3-4. 3
                                                                             Vaqiə, 77-79. 4
   147   148   149   150   151   152   153   154   155   156   157