Page 186 - Islamic Studies 03
P. 186
Mənəvi yolçuluq və Nikbinlik
1
Nəsimi Piriyev
Abstrakt
İslamın insanlara aşıladığı gözəlliklərdən biri də hüsnü-zənn
əxlaqı, yəni əşya və hadisələrə gözəl baxmaqdır. İnsanlar
haqqında mümkün qədər hüsnü-zənn bəsləmək və yaxşı
düşünmək əsas vəzifəmiz olmalıdır. Sui-zənn başqaları
haqqında pis fikirləşmək demək olub insanı qeybətə
sürükləyən başlıca mənəvi xəstəliklərdən biridir. Sui-zənn
qəlbin qeybətidir və başqaları haqqında pis düşüncələrin
qəlbdə özünə yer tapmasıdır. Sui-zənn qəlbi və ağılı xəstə,
məzacı pozulmuş insanların mübtəla olduğu bir mərəzdir. O,
toplumun maddi və mənəvi həyatına qəsd edən şeytani
hiylədir.
Hüsnü-niyyətin dünyada yaxşi nəticəsi və mükafatı vardır.
İnsanlar mə`sum olmadıqları üçün, xəta etmək imkanı onlarda
vardır. Şübhəsiz, bir xətanın baş verməsi imkanı təbii, bu
ehtimalı nəzərə almamaq qeyri-mümkündür. Lakin insan gərək
bu zəif nöqtələrə göz yumub, əvəzində başqalarının gözəl əməl
və müsbət cəhətlərini görməyə çalışsın.
- İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, 1
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran