Page 187 - Islamic Studies 03
P. 187

186) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



              Açar sözlər

               Quran, Əhli-Beyt (ə), bədbinlik, xoşbinlik, büsbət, mənfi




               Giriş
               Əvvəl  bir  məsələyə  diqqət  yetirmək  lazımdır:  İnsan  Allaha

               yaxınlaşmaq  üçün  yaradılmışdır.  Buna  görə  də  onun  bütün
               fəaliyyətləri Allahla əlaqəni qoruyub saxlamağa yönəlməlidir.
               İnsan  əgər  öz  qüvvəsini  digər  işlərə  sərf  etsə,  yəni  Haqq

               yolundan  qeyri  işlərə  bel  bağlasa,  ömrünü  hədərə  vermişdir.
               Bütün  batini  və  zahiri  qüvvələr,  bütün  nemətlər  Allahla
               bağlılığa istifadə olunmalıdır. Sanki bütün bu cəhətlər, bizim

               ruhumuzun  müxtəlif  cəhətlərinə  aid  olan  olduqca  geniş  və
               müxtəlif  şəkilli  yollardır.  Çünki  Allah-təala  bizim  ruhumuzu
               müxtəlif çöhrələrə, yönlərə malik qərar vermiş, bununla belə
               bir  səmtə  istiqamətləndirmişdir. Yəni  müxtəlif  yönlərə  malik

               olmasına  rəğmən  ruhumuz  bir  cəhətə  sarı  hərəkət  edir.  Ola
               bilməz  bizim  vücudumuzun  bir  yönü  Allahla  bağlı  olsun,
               amma başqa yönləri bu cür olmasın.
   182   183   184   185   186   187   188   189   190   191   192