Page 29 - Islamic Studies 03
P. 29

28) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                 Əgər evlilik təkcə dünyaya, şöhrətə, gözəlliyə çatmaq üçün

                 və Allahın razılığı olmasa, evliliyi uğursuz olacaq.İslam

                 Peyğəmbəri (s) buyurub:
                 "Qadınlarla onların gözəlliklərinə görə ailə qurmayın; ola
                 bilsin gözəllikləri aradan getsin, var-dövlətə çatmaq üçün
                 də  onlarla  evlənməyin;  çünki,  mümkündür  sərvəti  onları

                 dikbaş və üsyankar eləsin; onlarla dininə görə evlənin."
                     Dua və təvəssül edin: Hərçənd ki, hər bir iş üçün tədqiqat

                 aparmaq və məşvərət etmək lazımdır. Amma unutmayaq ki,
                 bütün işlər Allahın əlindədir və əgər o istəməsə, bir yarpaq
                 belə  ağacdan  düşməz  və  bir  nəfərin  başqasına  mehribanlıq

                 hissi olmaz.Ona görə də evlənmək istədiyiniz zaman dua və
                 təvəssül edin. Bu işdə Allahdan kömək istəyin ki, Allah da

                 sizə köməkliyini göstərsin.
                 Adətən  bir  nəfərin  ki,  ailəsi  əsil-nəsəblidir,  ləyaqətli  ailə

                 sayılır.  Ona  görə  də  həyat  yoldaşı  seçiməyin  ən  mühüm
                 meyarlarından  biri  ailənin  əsil-nəsəbli  olmasıdır.  Allahın

                 Rəsulu  (s)  buyurub:  "yaxşı  və  ləyaqətli  ailə  ilə  evlənin;
                 çünki, əsil-nəsəbin təsiri var."

                 Evliliyin iki əsas sütunu qızla oğlandır ki, istəyirlər evliliyin
                 axırına kimi birlikdə yaşasınlar və eyni zamanda iki bədəndə

                 bir  ruh  olub,  ailə  ocağını  isitsinlər.      Ona  görə  də  seçim
                 qadınla kişinin haqqıdır və onların razılığı hər  bir evliliyin
                 əsas təməlidir  amma əgər xanım subaydırsa, yəni əvvəllər

                 evli olmayıbsa, əksər müctehidlərin fətvalarına əsasən qızın
                 razılığından  əlavə  atasının  ya  babasının  da  razılığı  şərtdir.
   24   25   26   27   28   29   30   31   32   33   34