Page 25 - Islamic Studies 03
P. 25
24) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Lakin elə ailələr də vardır ki, evlənməklərindən uzun
zaman keçməsinə baxmayaraq, sevgiləri heç də
azalmamışdır, əksinə çoxalmışdır. Heç indiyə qədər bunun
səbəbi haqqında düşünmüsünüz? Niyə bəzən sevgi nifrətə,
gülüş göz yaşına çevrilir?Günahı başqalarının boynuna
atmayaq və deməyək ki, bu, bizim taleyimiz idi. Xeyr, biz
özümüz təqsirkarıq. Çünki evlənməzdən əvvəl yolumuzü
düz seçməmişik. Hansı həyatın düzgün olduğunu
bilməmişik.Alimlərdən biri deyir: “Ən böyük hünər - yaxşı
yaşamağı bacarmaq hünəridir. O həyat ki, səmimiyyət və
eşqlə doludur. Bu həyat isə ancaq ağıl və məntiqlə edilən
seçimlə mümkündür”.
Çox təəssüf ki, bu günün cavanları üçün seçim deyil,
yaxşı həyat yoldaşı olmaq mühüm sayılır. Cavanlarımız
xoşbəxt həyatın əsl mehvərinin düzgün seçim təşkil etdiyini
unudurlar. Ona görə də peşman olur və tez bir zamanda
boşanırlar. Bu cür cavanlarda eşqdən söhbət düşəndə,
ağılları donub qalar. Hər kim aşiq olar, hisslərinə görə hökm
verər. Məntiq işə yaramaz. Çünki aşiq üçün məhbubu bütün
hər şeydən üstündür. O, hər yana baxsa, ancaq gözəllik
görər. Əgər həyatda xoşbəxt ailəyə malik olmaq
istəyirsinizsə, seçiminizi ağıl və məntiq üzərindən
edin.Yadıma gəlir ki, rəfiqələrimdən birinə bir elçi
düşmüşdü və çox yaxşı ailədən olan əxlaqlı bir oğlan idi.
Lakin rəfiqəm düşünmədən ona “yox” cavabını vermişdi.
Ondan bunun səbəbini soruşanda dedi ki, mənim