Page 28 - Islamic Studies 03
P. 28

İslamda Ailə./ (27


                 fəsadlardan  qorunmaq  üçün  naməhrəmə  baxmaqdan
                 çəkindirmişdi  amma  həmin  islam  və  şəriət  elçilik  zamanı

                 oğlanla  qıza  icazə  verir  ki,  diqqətlə  birbirinə  baxsınlar  və
                 bir-birini  bəyənsinlər.  Bu  nöqtə  o  qədər  mühümdir  ki,

                 Allahın  Rəsulu  (s)  buyurur:  "kim  bir  xanımla  evlənmək
                 istəsə,  xanımın  bədənın  bəzi  yerlərinə  baxa  bilər..."
                 Baxmayaraq  ki,  hər  bir  şəxs  baxmağın  meyar  və  həddinə

                 görə gərək öz təqlid elədiyi müctehidin risaləsinə müraciət
                 etsin amma bu höküm ümumi şəkildə islam dinində sabitdir.

                 Aydındır    ki,  evlilik  işində  lazım  olan  qədər  agahlıq  üçün
                 hətta üzünə, əllərinə və ya gələcək həyat yoldaşının başının

                 tükünə baxa bilər.
                 Bu  minvalla  cavanlar  qarşı  tərəfin  əxlaqı  barəsində

                 araşdırma aparmasından əlavə şəriətə riayət etməklə gələcək
                 həyat  yoldaşının  bədənini  və  zahiri  xüsusiyyətini  görüb,
                 bəyənməli və düzgün, layiqli seçim etməklə evlənməlidir.

                 Doğru  hədəf  və  niyyət:  Gərək  yadınızda  olsun  ki,  həmişə

                 doğru  seçim  xalis  niyyətlə  olsun.  Əgər  bizim  hədəfimiz
                 yaxşı  olsa,  Allah  da  o  yolda  yardımçımız  olacaq.    Allahın
                 Rəsulu (s) buyurur: "Kim Allahın razılığı üçün evlənsə ya

                 Allaha  görə  bir  nəfəri  evləndirsə,  Allahın  himayəsində
                 olacaq."Eyni  zamanda  evlilik  Allahın  razılığından  başqa

                 niyyətlə  olmasın  və  gərək  paklığını  qorumaq  niyyəti  ilə
                 olsun.
   23   24   25   26   27   28   29   30   31   32   33