Page 26 - Islamic Studies 03
P. 26
İslamda Ailə./ (25
meyarlarımla uyğun deyildir. Soruşdum ki, bəs sənin
meyarların nədir? Mənə elə bir həyat yoldaşını təsvir etdi ki,
indiyə qədər dünyaya hələ beləsi gəlməmişdi. Gözəlliyi
Yusif (ə) peyğəmbərə bənzəməli, sərvəti Süleyman (ə)
peyğəmbərə, biliyi və elmi İslam Peyğəmbərinə (s). İndi
onun 35 yaşı vardır və hələ də subaydır və ərə
getməmişdir.Ona görə də cavanlar gərək evlənməzdən əvvəl
bir qələm və kağız götürsünlər. Özlərini bu vərəqdə
ölçübbiçsinlər. Əvvəl öz zahiri gözəlliyi haqqında nəzərini
yazsın. Ondan sonra öz eyb və nöqsanlarını yadına salsın.
Sonra da arzu etdiyi gələcək həyat yoldaşını necə görmək
istədiyini. Əgər özü haqqında yazdıqları xəyal etdiyi həyat
yoldaşı ilə uyğun gəlirsə, o zaman deməli həmin şəxsin
axtarışında olmağı düzgün fikirdir Əks halda bir düşünsün.
Əgər öz boyu balacadırsa və zahiri cəhətdən gözəl deyilsə,
kök və ya çox arıqdırsa, o zaman gözəl və boyu uca olan qız
axtarşında olmağı məntiqsiz olardı. Əgər öz eyblərinizi
gördüyünüz halda qarşı tərəfin eybsiz olduğunu
istəyirsinizsə, sizin üçün həyat çətin olacaqdır. Hər kəs öz
əxlaqını bilir və tanıyar. Çox yeyəndir, yoxsa az. Kobuddur,
yoxsa mülayim. Vasvasıdır, yoxsa yox. Əsəbidir, yoxsa sakit
insandır.Yadda saxlayın ki, bu mövzularda özünüzlə düz
rəftar etməli və özünüzü aldatmamalısınız. Çünki siz əgər
özünüzü tanımasanız, gələcək həyat yoldaşınızı da tanıya