Page 24 - Islamic Studies 03
P. 24

İslamda Ailə./ (23


                 əldə  etmək  olanlar  da  var.  Bəziləri  də  qarşı  tərəfin  yalnız
                 zahiri  gözəlliyini  əsas  götürür,  düşüncə  və  şəxsiyyəti  ilə

                 maraqlanmırlar.  Həyat  yoldaşı  seçimində  qarşı  tərəfin
                 ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt

                 təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda
                 müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə
                 qurmaq  fikrində  olan  gənclərə  belə  bir  mühüm  nöqtəni

                 xatırlatmaq  lazım  gəlir  ki,  həyat  yoldaşı  seçimində
                 gözüyumulu  addım  atmaqla  öz  gələcəklərini  puça

                 çıxarmasınlar.  Çünki  bu  səhv  addımın  ardınca  bir  ömür
                 peşmanlıq gəlir.

                    Həyat yoldaşı seçiminin əhəmiyyətini, insan həyatında bu
                 seçimin  təyinedici  rolunu  nəzərə  alaraq  problemlərlə

                 üzləşməmək  üçün  uyğun  seçimdə  tələsməmək  zəruridir.
                 Dərin  araşdırma  aparmadan,  ehtimallar  əsasında  seçim
                 aparmaq peşmançılıqla nəticələnir.





                 Hisslərlə deyil, əqllə seçim edin


                    Hər  birimiz  çox  sayda  insanın  sevgi  bağları  ilə  evlənib,

                 nifrət  bağları  ilə  ayrıldığının  dəfələrlə  şahidi  olmuşuq.  Bu
                 cür ailələrdə ən çox ziyan çəkən tərəf uşaqlar olmuşdur.
   19   20   21   22   23   24   25   26   27   28   29