Page 303 - Islamic Studies 03
P. 303

302) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Giriş
            Biz      XXI       əsrin     insanlarıyıq.     Qloballaşaraq        rabitə
            kommunikasiyaları,  internet,  peyk  antenaları,  sosial  şəbəkələr
            sayəsəində  "kiçilən"  dünyanın  sakinləriyik.  Uşaqlıq  dövrümüz
            sovet  illərinin  informasiya  blokadası  şəraitində  keçsə  də,  sovet
            rejiminin süqutundan dərhal sonra informasiya seli tüğyan edib
            blokada  sərhədlərini  yıxdı.  Biz  gözümüzü  açıb  nə  olduğunu
            anlayana qədər anidən hücuma keçmiş bu selin nəhəng dalğaları
            bizi  "olduğumuz  yerdən"  çox-çox  "uzaqlara"  apardı.  Özümüzə
            gəlib bu selin içində tutunmağa bir yer tapıb ətrafa boylananda
            isə  nə  "oldumuz  yer"  var  idi,  nə  də  ki,  "aparıldığımız  yer"
            görünürdü.  Sanki  bu  tüğyankar  sel,  aşıb-daşan  çay  bizi  ucu-
            bucağı bilinməyən dəryaya çatdırmış, bizi bu dəryanın ortasında
            sərgərdan  qoyub, heç  nə  olmamış kimi bizi  tərk edib  getmişdi.
            Bu  dərya  sivilizasiyaların  toqquşduğu  amansız  dəryadır;  eynilə
            şahə  qalxıb  qarşısına  çıxanı  məhv  edən  sunami  dalğaları  kimi.
            İndi gəl bu dəryanın ortasında çatmalı olduğun sahili tap və nicat
            tap.
            Bu  informasiya  və  təbliğat  dəryası  çoxlarını  məhv  etdi  və
            etməkdədir; yalnız, əziz İslam Peyğəmbərinin (s) bizlər arasında
            qoyduğu iki əmanət – Quran və Əhli-Beyt (ə) dəyərləri, mənəvi
            səciyyələri  və  əxlaqi  keyfiyyətləti  əsasında  yaşayan  insanlar,
            dəyər tapdı və tapmaqdadır.
            Daha  öncə  də  qeyd  etdiyim  kimi,  məsum  rəhbərlərimiz  olan
            Böyük İslam Peyğəmbəri (s) və o Həzrətin pak Əhli-Beytinin (ə)
            bizə verdiyi xəbərlərə əsasən Zühur Əsrində yaşayırıq. Görünən
            budur  ki,  Allah  Təala  Özünün  yer  üzündəki  son  höccətinin
            zühuru  üçün  şərait  hazırlamağı  biz  xoşbəxt  nəslin  öhdəsinə
            qoymuşdur.  Bizlər  bu  zəmini  hazırlamaq  üçün  əvvəla
            yaşadığımız zamanı və mühiti tanımalı,  sonra isə vəzifələrimizi
            bilməliyik;  ilk  olara  özümüzü,  sonra  isə  yaşadığımız  cəmiyyəti
   298   299   300   301   302   303   304   305   306   307   308