Page 305 - Islamic Studies 03
P. 305
304) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Hazırda dünyada baş verən hadisələrin xəbərləri bir neçə dəqiqə
sonra kütləvi informasiya vasitələri ilə bütün dünyaya yayılır.
Düşünürəm ki, bu da mənim işimi bir qədər asanlaşdıran faktor
oldu. Çünki insan bu hadisələri izlədikcə agahlığı daha da artır.
Bu yazını yaza bilmək üçün isə dünyada baş verən hadisələrdən
xəbərdar olmağın çox mühüm rolu var.
MƏDƏNİ HÖKMRANLIĞA CƏHD VƏ ONUN YOLLARI
Mədəni hücum nədir?
Mədəni hücum, siyasi, yaxud iqtisadi bir qrupun öz
maraqlarından irəli gələrək başqa bir dəstə və ya cəmiyyətin
inanclarına, dəyərlərinə, etiqadlarına, əxlaqlarına hücum etməsi
və həmlə etmək üçün planlaşdırılmış, mütəşəkkil səyidir. Mədəni
hücum, hədəf qərar verilən tərəfin dünyagörüşünü, baxış tərzini,
meyllərini dəyişməyə yönəlmiş münəzzəm, çoxtərəfli və əhatəli
proqramlar silsiləsidir. Mədəni hücum, bir millətin mədəni və
milli mənsubiyyətinin inkarıdır. Mədəni hücum qarşısında təslim
olmaq isə yadların mədəni-fikri hakimiyyətini qəbul etmək, öz
inanc və rəftarını hücum edənə aid olan dəyərlərlə dəyişməkdir.
Mədəni hökmranlıq
Mədəni hökmranlıq, mədəni ünsür və fenomenlərin
birtərəfli şəkildə dəyişməsidir. Belə ki, hökmranlıq etmək
istəyən, inancların qüdrətinə söykənərək öz dəyər və rəftarlarını
digər millətlərə hakim etməyə çalışır.
"Mədəniyyət" və "sivilizasiya" kəlmələrinin anlamı
İnsan mədəni bir varlıqdır. Mütəfəkkirlərin fikrincə, insanı
digər canlılardan fərqləndirən cəhət, elə onun mədəni varlıq və