Page 307 - Islamic Studies 03
P. 307
306) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
1. Mədəniyyət. Mədəniyyət və sivilizasiyanın fərqli mənalar
daşıdığını hesab edən mütəfəkkirlərin görüşünə əsasən,
mədəniyyət bir millətin, bir ümmətin maddi təzahürlərinə deyilir.
Məsələn: şəhərsalma, memarlıq, rəssamlıq, xəttatlıq və s. kimi.
2. Sivilizasiya. Qeyd edilən mütəfəkkirlərin sivilizasiya kəlməsi
haqqındakı nəzəri isə belədir ki, elm, maarif, ənənələr, dəyərlər,
inanclar, inamlar, qısası, mənəvi olan bütün mədəni məfhumlar
1
sivilizasiya kəlməsi ilə ifadə olunur.
Beləliklə aydın olur ki, mədəniyyətin iki növü var: maddi
mədəniyyət və mənəvi mədəniyyət. Adətən maddi mədəniyyət
mənəvi mədəniyyətin təsiri altında formalaşır. Çünki maddi
mədəniyyətin formalaşmasında dünya görüşünün, inancların,
adətlərin böyük rolu var. Lakin bu o demək deyildir ki,
mədəniyyətin bu iki növü mütləq paralel inkişaf etməlidir. Dünya
ölkələrinin bir çoxuna nəzər salsaq, görərik ki, bu ölkələrdə
maddi mədəniyyətin ən yüksək səviyyədə inkişaf etməsinə
baxmayaraq, mənəvi mədəniyyət tənəzzül edib və ya tamamilə
süquta uğrayıb. Başqa qisim ölkələrdə isə bunun əksi görünür.
Buna istər tarixdən, istərsə də günümüzdən misallar gətirə
bilərik. Mütəal Allah Qurani-Kərimdə bizə Ad və Səmud
qövmündən xəbər verir. Bu qeybi xəbərlər sayəsində onların
həyat tərzi ilə tanış olduqda görürük ki, onlar ən üstün maddi
mədəniyyətlərə malik qövmlər olmuşlar. Lakin mənəvi olaraq
süqut etdiklərindən onlara ilahi bəlalar nazil olmuşdur.
Mədəniyyətin nə kimi xüsusiyyətləri var?
Mədəniyyətin özünəməxsus bəzi xüsusiyyətləri vardır ki,
aşağıdakı kimi şərh edilə bilər:
1 əl-Mustafa universiteti, Ustad Muhəmməd Baqir Saivərin "İslam mədəniyyəti"
dərsləri, birinci dərsin səs yazması.