Page 308 - Islamic Studies 03
P. 308
Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (307
1. Öyrənilə bilən və kəsb edilə biləndir: Yəni fitri deyildir. Hər
bir nəsil, mədəniyyəti özündən əvvəlki nəsildən miras alıb,
özündən sonrakı nəslə miras qoya bilir.
2. Diridir: Mədəniyyətin təsirli olması onun diri olmasına
bağlıdır. Mədəniyyətdəki durğunluq onun "ölüm"ünə bərabərdir.
3. Mahiyyət bəxş edəndir: Yəni ictimai rabitələri tənzimləyir və
yeni baxışın yaranmasına zəmin hazırlayır.
4. Nisbidir: Yəni növbənövdür. Mədəniyyət hər ümmətin,
millətin, ölkənin, hətta insanlar arasındakı təbəqələrin belə hər
birinin özünə görə dəyişir. Bu dəstələrin hər biri özünə görə
təfəkkür tərzi, adət-ənənə və xüsusiyyətə sahibdir.
5. Ötürülə biləndir: Hər cəmiyyət öz mədəniyyətini başqa bir
1
cəmiyyətə ötürə bilir.
Qərb və Şərq mədəniyyəti
Bu gün dünya ölkələrinin mədəniyyətini ümumi şəkildə iki
qismə bölürlər: Qərb və Şərq mədəniyyəti. Qərb və Şərq,
coğrafi baxımdan əlavə, siyasət, hikmət, irfan kimi sahələrdə də
qarşı-qarşıya dayanır. Qərb mədəniyyəti deyildikdə, miladdan
sonrakı Yunan və renesansdan sonrakı Avropa dünya görüşü
nəzərdə tutulur.
2
Qərb və Şərq mədəniyyətinin prinsip və xüsusiyyətləri
Qərb mədəniyyətinin bəzi xüsusiyyətləri:
1. Güc və qüdrətin əsas götürülməsi;
2. Maddiyyatın əsas götürülməsi; ;
3. Düşüncə və əməldə nizam;
4. Rasionallıq;
1 http://www.hawzah.net/fa/Magazine/View/5211/7149/87155/
2 Həmid Cavidani Şahedin, "Hövzə və universitet" jurnalı, "Mədəni işğalın
hüdudlarının tanınması üçün müqəddimə" (یگنهرف مجاهت داعبا تخانش رب یدمآرد), 35-ci say