Page 306 - Islamic Studies 03
P. 306
Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (305
düşüncə sahibi olmasıdır. İbn Xəldun deyir: "Mədəniyyət
müstəqil cövhər deyil, bəlkə başqa bir cövhərin xüsusiyyətidir ki,
1
həmin cövhər insandır" .
Gəlin əvvəlcə "Sivilizasiyalar toqquşması"nın nə
olduğunu anlamağa çalışaq. Bunun üçün öncə "mədəniyyət " və
"sivilizasiya" kəlmələrinin hansı mənanı daşıdığına nəzər
salmalıyıq.
Bəşərin tarix boyu əldə etdiyi maddi və mənəvi
nailiyyətlərin hamısı "mədəniyyət" kəlməsi altında toplanır.
Mütəfəkkirlər bu sahə ilə bağlı təqribən iki yüz əlli müxtəif və
fərqli anlayış müəyyən etmişlər ki, bunlara elm, incəsənət,
ədəbiyyat, memarlıq, inanclar, inamlar, əxlaqlar, adətlər, qayda-
qanunlar, texnologiyalar, bir sözlə, kəsb edilərək nəsildən nəslə
2
ötürülə bilən bütün qabiliyyətlər daxildir.
Mədəniyyətlə bağlı terminlər müzakirə edilərkən
qarşımıza iki termin çıxır: "mədəniyyət" və "sivilizasiya".
"Mədəniyyət" kəlməsi ərəb dilindəki ةنيدمkəlməsindən
götürülmüşdür və "şəhərləşmək", "şəhər həyatını mənimsəmək"
mənasını daşıyır. "Sivilizasiya" kəlməsi isə latın dilində "ci-
vitas" kəlməsindən yaranan – ingiliscə "city", "civic" (şəhərə
3
aid), "civit" (kübar) sözləri ilə eyni mənaları daşımaqdadır.
Bəs həmin kəlmələri bir-birindən fərqləndirən nədir? Bu
barədə mütəfəkkirlərin iki müxtəlif görüşü var. Bəziləri
sivilizasiya və mədəniyyətin eyni anlama gəldiyini qeyd etdiyi
halda, başqa bir dəstə bu iki kəlmənin hər birinin özünəməxsus
mənası olduğu qənaətindədirlər. İkinci görüşə qısaca nəzər salaq:
1 http://www.hawzah.net/fa/Magazine/View/5211/7149/87155 ( هلجم،هداز یفسوي یلعدمحم
9 هرامش ،موس لاس ،یگنهرف یدوجوم ناسنا ،هاگشناد و هزوح)
2 http://www.hawzah.net/fa/Magazine/View/5211/7149/87155/
3 http://alarbaeen.ir/Read/Literature/21198, Səadət Məhəmmədova, "Din və
mədəniyyət"