Page 304 - Islamic Studies 03
P. 304

Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (303


            islah etməyə çalışmalıyıq. Bunun üçün isə müəyyən məsələlərə
            agah olmağımız vacibdir.
            Yaşadığımız  dünyanı,  onun  bu  günkü  vəziyyətini  tanımadan,
            dünyada baş verən ixtilaflardan xəbərdar olmadan, haqqı batildən
            ayıra bilmədən, qarışıqlıqlar arasından haqq yolu seçə bilmədən
            bəsirət  sahibi  olmağımız  və  vəzifələrimizi  qüsursuz  şəkildə
            yerinə  yetirməyimiz  qeyri-mümkündür.  Bu  baxımdan  da
            araşdırdığım mövzunun həm özüm, həm də başqaları üçün yararlı
            ola biləcəyini düşünürəm.
            Mənim  bildiyim  qədər  bu  mövzu  ətrafında,  kiçik  həcmli
            məqalələr  xaric,    doğma  Azərbaycan  dilimizdə  elə  də  geniş
            həcmli  təhqiqat  işi  yazılmamışdır.  Hər  halda  araşdıırmalar
            zamanı mənim qarşıma başqa bir elmi iş çıxmadı. Bu baxımdan
            da ağır bir məsuliyyətin altına girdiyimi anlayıram.
            Bu yazıda əsasən elektron materiallardan və ünvanlardan istifadə
            etdim. Çünki Azərbaycan dilində mənim seçdiyim mövzu üçün
            müraciət edə biləcəyim kitablar bir o qədər də çox deyil. Olanlar
            da əsasən tərcümə edilmiş kitablardır. Əlbəttə türk və fars dilində
            olan  kitablardan  da  istifadə  etmişəm.  Lakin  bu  kitabların  da
            əlimdə  olmaması,  yenə  də  mənim  elektron  kitabxanalara
            müraciət  etməyimə  səbəb  oldu.  Ümumiyyətlə,  demək  olar  ki,
            istənilən  kitabın  elektron  variantını  bir  neçə  saniyədə  əldə  edə
            bilmək  Mütəal  Allahın  son  əsrdə  bizlərə  etdiyi  böyük
            lütflərdəndir.
            Mənim  seçdiyim  mövzu  demək  olar  ki,  bilavasitə  günümüzə
            aiddir.  Hər gün dünyamızda baş verən hadisələri izləməm bu işin
            yazılmasında  çox  mühüm  rol  oynadı.  Məlum  məsələdir  ki,  bu
            barədə kitabların yazılmasını gözləyə bilməzdim və baş verənləri
            mütəmadi  olaraq  araşdırıb,  onlar  haqqında  da  öz  fikirlərimi  bu
            işdə qeyd etməli idim.
   299   300   301   302   303   304   305   306   307   308   309