Page 325 - Islamic Studies 03
P. 325
324) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
bir əlamət qalmır. Sanki üzdəniraq gözəllik yarışmasının
iştirakçısıdır.
Kişi salonlarının reklam lövhələrinə baxarkən orada təsvir
olunan insanların hamısının saqqallı olduğunu görərik. Bəli yeni
moda saqqallı olmağı tələb edir. Amma onların saç düzümünə
baxdıqda hansısa xarici reper və ya aktyorun əksi olduğunu zənn
etmək olar. Bununla da İslam dininin möminlər üçün vacib
bildiyi və mömin kişinin zahiri əlamətlərindən sayılan saqqalın
dəyərsizləşdirilməsi hədəflənir.
Dünya xalqları üzərində hakimiyyət etmək imperializmin
ümdə siyasətlərindən biridir. Hegemonların öz varlıqlarını
sürdürə bilməsi məhz bu siyasətə bağlıdır. İmperializm, bir
dövlətin və ya millətin öz maraqları istiqamətində başqa bir
dövlət və millətə təsir etməyə çalışmasıdır. Təsir edən tərəf
özündə, təsir altında qalan tərəfin maddi qaynaqlarından
yararlanmaq haqqı görür, həmin tərəfin mənəvi dəyərlərini öz
mənəvi dəyərlərinin rənginə boyamağa çalışır. İmperialist ölkələr
müstəmləkəçilik baxımından bir-birinə rəqib olsalar da, bəzən
ümumi çıxarları üçün bir hədəfə vura bilir və ümumiyyətlə
zahirən birgə hərəkət edirlər.