Page 324 - Islamic Studies 03
P. 324
Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (323
insanın fikrini qarışdıran, düşüncələrində özünə yer edən və
nəticədə də cinsi ehtirasın söndürülməsindən başqa heç bir şeyi
düşünməyə imkan verməyən ikinci bir hiss yoxdur. Cinsi qayğıları
olan əyyaş, əhli-kef cəmiyyəti idarə etmək daha asandır.
Həmçinin belə bir cəmiyyət daha təhlükəsizdir. Çünki belə
cəmiyyətin beynində ancaq cinsi istəklər, əyyaşlıq ilə əlaqəli
fikirlər dolaşmaqdadır. Qədim antik dövrdən günümüzə qədər
mövcud olmuş bir çox hakimlərin ölkəni əyləncə və əyyaşlığı
yaymaqla idarə etdiklərinin şahidi oluruq. İnsanlar hər nə qədər
əylənərlərsə, kefləri kök olarsa, şəhvani istəklərinin içində
boğularlarsa, onları idarə etmək də bir o qədər asan olar. Bax
Qərbin idarə siyasəti budur… Qərbdə XX əsrin ikinci yarısından
başlanılmış cinsi azadlıq inqilabının əsl mahiyyəti də elə bundan
ibarətdir: insan kütlələrini heyvan səviyyəsinə salmaq, nəticədə
1
də rahatlıqla idarə etmək".
Nəticə
Cəmiyyətin zahiri olaraq Qərb mədəniyyətinin daşıyıcsı
olmasında qadın gözəllik salonları və kişi bərbərxanalarının
xüsusi yeri olduğunu heç kim təkzib edə bilməz. Məhz onlar hər
gələn müştərini dəb adı ilə eyni "rəng"ə boyamaqdadırlar. Üst-
üstə yaxılmış kosmetik boyalar altında mimikaları belə itmiş və
inkubator cücələri kimi eyni şəklə salınmış gəlinləri, ruhsuz
oyuncaq gəlinciklərə bənzədən də bu salonların işçiləridir. Hər
biri xüsusi bir gözəlliyə sahib olan qızlarımız öz toy günündə
hansısa yabançı bir müğənniyə və ya manikenə bənzəyir.
Həyatının ən yaddaqalan günündə onun təravətli simasından heç
1 Rövşən Abdullaoğlu,
http://qedimqala.az/index.php?do=yazi_inner&id=33&beyenirem=1