Page 320 - Islamic Studies 03
P. 320

Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (319


            faizlə borc götürmüş insanlar çox zaman bu bataqlıqdan heç cür
            qurtula  bilmirlər.  Sadaladığımız  iqtisadi  prolemlərin  ağır
            məngənəsindən  qurtula  bilməyən  və  bu  səbəbdən  də  ağır
            psixoloji problemlərlə üzləşən insanlar intiharı  çıxış yolu olaraq
            görürlər.
               Təsadüfi deyildir ki, din alimlərimiz zərurət olmadan banklar
            qarşısında  borclanmağa  icazə  vermirlər.  Bir  neçə  il  öncə
            ölkəmizdə önəmli bir hadisə baş verdi. Tarixdə ilk dəfə olaraq bir
            mərcəyi-təqlid – Ayətullah Nuri Həmədani – ölkəmizə səfər etdi.
            O  cənab  öz  çıxışlarından  birində  xalqımıza  iki  mesaj  verdi.
            Onlardan  biri  ümmət  arasında  vəhdəti  qorumaq,  ikincisi  isə
            kredit təşkilatlarına və banklara borclu olmaqdan çəkinmək idi.
            Çünki  düşmən  bu  iki  məqamdan  xüsusi  incəliklə  istifadə  edir;
            vəhdəti aradan aparmaqla xalqı mənəvi zəlalətə, əhalinin böyük
            hissəsini  borclu  etməklə  isə  onları  maddi  zəlalətə  sürükləyir.
            Sonra da özünü xilaskar kimi təqdim edib xalqı özünə minnətdar
            etməklə qul səviyyəsinə endirir.


                      Axirətə  inamı  dünyapərəstlik  və  materializmlə
                      əvəzləmək
               Son  iki  əsrdə  yaranmış  anti-din  fəlsəfi  görüşlərdən  biri
            materializmdir.  Bu  zahirən  fəlsəfi  bir  görüş  olsa  da,  onun
            məqsədyönlü  şəkildə  siyasilər  tərəfindən  yaradıldığına  inanılır.
            Materializm  materiyanı  var  olmanın  əsası  və  başlanğıcı  olaraq
            təqdim edir.
               Ümumiyyətlə  XIX-XX  əsrlərdə  yaranmış  fəlsəfi  və  ictimai
            cərəyanların  əksəri    materialist,  qeyri-dini  və  ya  antidin
            istiqamətə malik olmuşdur. Maraqlıdır ki, bu görüş iki əsr öncə
            Qərbdə sənayenin  inkişafa başlaması ilə meydana gəlmişdir.
   315   316   317   318   319   320   321   322   323   324   325