Page 321 - Islamic Studies 03
P. 321

320) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Materializmin  əsas  hədəfi  mənəviyyat,  ilahi  təlimlər,  xüsusi
            olaraq isə İslam dini idi. "Materialistlər dünyanın hər bir yerində
            İslam  düşüncələrinə  hücuma  keçdilər.  Bu  hücum  İslam
            dünyasının  şərqindən  -  yəni  Hindistandan  onun  qərbinə  -  yəni

            Əlcəzairə qədər hər yerdə həyata keçdi. Fransızlar Əlcəzairə daxil
            olub  İslama  qarşı  mübarizə  apardılar.  Hindistanda  da  ingilislər
            eyni  işi  gördülər.  Müstəmləkə  işində  İngiltərə  və  Fransa  rəqib
            olsalar da, rəqibləri və  vurduqları  nöqtə  bir idi. Onlar dünyada
            din  və  mənəviyyatı  günbəgün  zəiflətdilər,  insanları  əxlaq  və
                                                 1
            mənəviyyatdan uzaqlaşdırdılar".
               Materializm həqiqətdə kapitalizmin maraqlarına birbəbir cavab
            verən  və  onun  inkişafının  təmin  olunmasına  xidmət  edən  bir
            görüşdür. Çünki mənəvi dəyərlərin aradan getməsi öz növbəsində
            maddi dəyərlərin qiymət tapmasına səbəb olacaq ki, bu da Qərbin
            səcdəgaha  çevrilməsini  təmin  edəcək  və  belə  olarsa,  onların
            müsəlmanlar üzərindəki maddi hakimiyyəti bərqərar olacaq.
                  Təəssüf  olsun  ki,  bu  görüş  müsəlmanlar  arasında  geniş
            surətdə yayılmış, onların düşüncəsinə, həyat tərzinə, ailəsinə və
            ictimai  münasibətlərinə  daxil  olmuşdur.  Materializmin  gələcək
            üçün  təyin  etdiyi  hədəf  İslamın  və  mənəvi  dəyərlərin  var
            olmadığı bir dünyaya çatmaqdır.

                  Kompüter oyunları
                      Amerikanın  xüsusi  kəşfiyyat  orqanı  olan  CIA,  dünya
            xalqlarını  zehni  olaraq  idarə  etmək  üçün,  kompüter  oyunları
            sahəsinin idarə olunmasını da öz nəzarət dairəsində saxlayır. Bu
            kompüter  oyunlarında  Amerika  daim  xilaskar  rolunda  təqdim


               1 Böyük Rəhbərin din alimləri, ruhanilər və cümə imamları ilə görüşdəki çıxışından:
               1990.
   316   317   318   319   320   321   322   323   324   325   326