Page 323 - Islamic Studies 03
P. 323

322) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



            Məhərrəm  ayı  gələndə.  Bəzən  ortaya  çeynənmiş  bir  söz  atıb
            sosial  şəbəkələrdə  bir  "tufan"  yaradırlar  ki,  baş  qarışdırsınlar.
            Necə deyərlər, "bir dəli quyuya bir daş atdı, min ağıllı yığışıb onu
            çıxara bilmədi".
               Bəziləri də türkçülüyü bəhanə edib Əhli-Beyt (ə) ardıcıllarını
            farspərəst olmaqda suçlayılar. Başa düşmürlər ki, bir insanın fars,
            türk,  ingilis,  hind,  rus  olması  onun  milliyyətidir.  Yəhudi,
            Xrisrtian və ya Müsəlman olmaq isə onun dini inancı. İslam dini
            də  ki,  İranda  yox  Ərəbistanda  yaranıb.  Əhli-Beytsevərləri
            farspərəstlikdə yox, ərəbpərəstlikdə suçlasa idilər daha məntiqli
            olardı.  Bu  insanlar  bu  qədərini  belə  anlamağa  qadir  deyillərsə,
            onlara  necə  ziyalı  demək  olar?  Yox  əgər  anlayırlarsa,  deməli
            məqsədli  şəkildə  danışırlar;  demək  dilləri,  qələmləri  satılıb.
            Doğrusunu bir özləri bilir, bir də Allahları.
                      Habelə  açıq-saçıq,  təhrikedici  qadın  və  qızlardan
            televiziya verilişləri, jurnallar, reklamlar, sosial şəbəkələrdə, bir
            sözlə,    həyatın  ağlımıza  gələn  və  gəlməyən  hər  bir  sahəsində
            istifadə etmək Qərb siyasətinin mühüm elementlərindən biridir.
                      Avstriya  psixoterapevti  Vilhelm  Rayxın  termin  olaraq
            istifadə etdiyi "cinsi inqilab" anlayışı ən qısa zaman içində – XX
            əsrin ikinci  yarısından  başlayaraq  –     dünyanın  əxlaq kodeksinə
            çevrildi.  Bu  görüş  Qərb  tərəfindən  dünyaya  ixrac  olunaraq
            insanlığın idarə olunması üçün ən mühüm "silah"a çevrildi. Bəs
            imperializm  bununla  nəyi  əldə  etmək  istəyir?  Psixoloq  Rövşən
            Abdullaoğlu qeyd edilən məsələni öz məqaləsində aydın şəkildə
            izah  edir:  "Qərbdə  cinsi  hissin  kütlələrdə  alovlandırılması

            cəmiyyətlə  rahat  manipulyasi  etməyin  amillərindəndir.  Belə  ki,
            cinsi  ehtirasların  alovlandırılması  insanlarda,  məxsusən  də
            cəmiyyətin ən güclü hərəkətverici hissəsini təşkil edən yeniyetmə
            və gənclərdə süni şəkildə narahatlıq və cinsi qayğı yaradacaqdır.
            Psixoloji araşdırmalar sübut edir ki, cinsi qayğı və cinsi təşviş kimi
   318   319   320   321   322   323   324   325   326   327   328