Page 322 - Islamic Studies 03
P. 322

Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (321


            edilir.  Bununla  da  hədəf  qərar  verilən  ölkələrin  xalqları
                                                                                  1

            tərəfindən təqdir edilib  alqışlanmağı təmin etməyə çalışırlar.
                      Uşaqlar  üçün  hazırlanmış  oyunlarda  azğın  fikirlərdən
            tutmuş  maşın  firmalarının  şüuraltı  reklamına,  hətta  intihara
            sürükləməyə qədər, hər sahədə istifadə edilir. Son zaman ortaya
                                                    2
            çıxmış  "Blue  Whale  Challenge"   oyunu  dünyanın  müxtəlif
            ölkələrində bir çox uşaq və yeniyetmənin intihar etməsinə səbəb
            olmuşdur.  Türkiyə  Nəqliyyat,  Dənizçilik  və  Xəbərləşmə  naziri
                                                                   3
            Əhməd Arslan tərəfindən qaldırılmış bu məsələ  sonradan CHP
            tərəfindən  Türkiyə  Böyük  Millət  Məclisinin  gündəminə  də
            gətirilib.   Belə  ki,  bu  oyun  ona  qoşulan  uşağı  50  gün  ərzində
                      4
            intihara çatdırır. Artıq oyunun dünya üzrə  250-dən artıq qurbanı
            var. Bu cür oyunlar və onların törətdiyi fəsadlar haqqında çoxlu
            məlumatlar  vardır  ki,  bu  yazının  həcmi  onların  hər  birinə  yer
            ayırmağa imkan vermir.

               Nəticə
               Adətən  hər  bir  xalqın  ziyalı  təbəqəsinin  düşüncəsi  ümumi
            olaraq  həmin  xalqın  düşncəsi  hesab  olunur.  Belə  demək
            mümkünsə, ziyalılar xalqın güzgüsüdür. Gənclər arasında da ən
            nüfuzlu söz ziyalı sözüdür. Əgər hər hansı ziyalı kənardan maddi
            gəlir qarşılığında yadlara muzdurluq edib onların sözçüsü olarsa,
            həmin "ziyalı"nın şüurlarda qoyduğu təsirin izləri də zəlzələdən
            sonrakı  daşıntılara  bənzəyər.  Dinini,  vicdanını  satmış  muzdur
            qələm  sahibləri,  elm  və  mədəniyyət  mənsubları  az  deyil.
            Belələrinin  yazılarını  mətbuatdan  tez-tez  izləyirik.  Məxsusən,



               1 https://rasthaber.com/irana-karsi-yumusak-savasla-ilgili-yeni-belgeler-ortaya-cikti/
               2 Mavi balina
               3 http://rasthaber.com/turkiye/haber/12563-bu-oyunu-oynayanlar-kendini-olduruyor-
               nedir-bu-mavi-balina-salgini
               4 http://rasthaber.com/turkiye/haber/12669-mavi-balina-oyunu-meclis-gundeminde
   317   318   319   320   321   322   323   324   325   326   327