Page 339 - Islamic Studies 03
P. 339
338) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
vardır ki , onların da adlarını qeyd edərək qısa məlumat
vermək istəyirəm .
İndi isə haqqında yazacağım xanım İslam Peyğəmbəri
Muhəmməd (s.ə.a.s)-in altı bibisindən biridir.
Səfiyyə xanım Peyğəmbərin əmisi Həzrət Həmzə ilə eyni ata-
anadan doğulmuşdur. Atası Əbdülmütəllib , ansı isə Halə ibni
Vəhəbdir. Cahillik dövründə Haris ibni Hərbə ilə ailə
qurmuşdur və bu nigahdan bir oğlu dünyaya gəlmişdi. Həyat
yoldaşı Harisin vəfatından sonra Həzrət Xədicənin qardaşı ,
Əvvam ibni Xuveylidlə ailə qurur. Bu evlilikdən onun üç oğlu
dünyaya gəlir. Oğullarının adı Zubeyr , Saib və Əbdülqədədir.
Bu uşaqların ən məhşuru Zubeyr ibni Əvvamdır.
Səfiyyə qardaşı oğlu Muhəmmədi (s.ə.a.s) çox istəyirdi. Hələ
uşaqlıqdan ona qayğı bəsləyirdi. Atasının yoxluğunu hiss
etdirməmək üçün əlindən gələn fədakarlığı edərdi.
Aradan uzun illər keçir , böyük sevgi göstərdiyi Muhəmməd
(s.ə.a.s) Allahın seçdiyi sonuncu nəbi olur və İslam dinini
əvvəl gündən gizli təbliğ etməyə başlayır. Nəhayət Qurani –
Kərimin Şura surəsinin 114,115-ci ayələrinin hökmünə əsasən
Peyğəmbər qohumlarını bir ünvana toplayır. Ayədə belə
deyilir:
-“Əvvəl ən yaxın qohumlarına tövsiyə et. Sənə inanan
möminlərə mərhəmət qanadını endir (onlarla yaxşı davran)” .
İslma dinini qohumlarına təbliğ etdikdən sonra Səfiyyə xanım
və oğlu Zubeyr İslam dinini qəbul etdilər və Peyğəmbərə
(s.ə.a.s) qoşuldular. Səfiyyə xanım çox çalışdı ki , qardaşı Əbu
Ləhəb də İslam dinini qəbul etsin. Lakin əmisi Əbu Ləhəbin