Page 370 - Islamic Studies 03
P. 370
İslamda qadın və cəmiyyət/ (369
İdarəçilik və mühafizə
Məlum olduğu kimi Kərbəla faciəsi zamanı İmam Səccad(ə)
İlahi məsləhəti ilə xəstə idi . belə olan halda təbii ki , əsirlərin
mühafizəsi və şəraiti idarə etmək kimi ağır bir məsuliyyətli
Xanım Zeynəbin (ə) üzərinə düşürdü. Bu cəsarətli qadın öz
uzaqgörənliyi ilə od-alovun içərisində İmam Səccadın (ə) ,
qadın və uşaqlarını xilas edə bildi. Əsirlər hər bir haıda ona
sığınır və ondan kömək istəyirdilər.
Alman yazıçısı Kurt Frişler “İmam Hüseyn və İran” adlı
kitabında yazır:
“Zeynəb (ə) İmam Hüseyn (ə) şəhid edildikdən sonra şəraitin
olduqca ağır və dəhşətli həddə pis olmasına baxmayaraq
əsirlərin idarəçilik və mühafizə işlərini öhdəsinə götürdü. O ,
hətta hər dəfə xütbə çıxışlarına başlamazdan əvvəl , əsirləri
sayır heç kimin itkin düşməməsinə çalışırdı. Buna əmin
olduqdan sonra sözə başlayırdı. Əlində az miqdarda olan
çörəyi digər əsirlərin arasında bölür , çox vaxt özü ac qalırdı.”
Məqalənin sonunda istərdim ki , dünyada qadınların ictimai
fəaliyyətini əks etdirməsinə dair apardığım kiçik bir araşdırma
haqqında qısa məlumat verim.
Müxtəlif dövlət və ictimai idarəetme səviyyələrində qərarların
hazırlanmasında və qəbul edilməsində qadınların iştirak edir.
Qərarların qəbul edilməsi sferasında gender bərabərliyinə nail
olmaq üçün dövlətdən, siyasi partiyalardan və vətəndaş