Page 42 - Islamic Studies 03
P. 42
İslamda Ailə./ (41
“şaqaiqidir.” Buna görə insan olma yönü ilə qadın və kişi
bərabər yarılardır (hissələrdir). Ancaq qətiyyən biri digərinin
eyni deyildir. Yəni bunların fitrətləri, ruh və psixologiyaları
tamamilə fərqlidir. Qadın fiziki və ruhi baxımdan kişiyə
bərabər ola bilmədiyi kimi, kişi də ona bərabər ola bilməz.
Nə kişi qadının bioloji cəhətdən daha inkişaf etmiş bir
versiyası (şəkli), nə də qadın kişinin az inkişaf etmiş bir
tipidir. Cinsiyyət fərqliliyinə bəşərin müdaxiləsi qeyri-
mümkün olduğuna görə, inanan, yaxud inanmayan hər kəs
bərabərlik xülyalarından əl çəkib kişini və qadını olduğu
kimi qəbul etməlidir.
O ki qaldı, təkcə fərqli cinslər arasında deyil, eyni cinslər
arasında da tam bir bərabərliyin olduğunu söyləmək
mümkün deyil. Belə bir xülyanın həqiqətə çevrilməsinə
çalışmaq fitrət qanunlarını dəyişməyə çalışmaq deməkdir ki,
bu cür səylər bütünlüklə bihudə və hədərdir. Yeri gəlmişkən
bunu da qeyd etmək lazımdır ki, qadınlardakı bu yaradılış
fərqliliyi onların xor və həqir görülməsi üçün səbəb deyildir.
Əksinə Allah-Təala “…(hər şeyin keyfiyyətini,
xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən edən və
1
(hamıya) yol göstərəndir”ş
Qadını və kişini “Ən gözəl yaradılışla yaradan” və ona
ucalmanın, yüksəlmənin yollarını öyrədəndir. Onları bir-
birinin tamamlayıcısı, örtüsü, qoruyucusu edəndir.
- Əla, ayə 3 1