Page 43 - Islamic Studies 03
P. 43

42) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



                 Vəzifədə fərqlilik

                   Yuxarıdakı izahlardan göründüyü kimi, fitrətən qadın kişi

                 ilə  eyni  olmadığı  kimi,  vəzifədə  də  bərabər  ola  bilməz.
                 Kişiyə aid vəzifələr qadından tələb olunarsa, ona zülm olar.

                 Çün
                 ki  qadının  fiziologiya,  biologiya  və  psixologiya  etibarilə

                 kişidən nə qədər fərqləndiyi açıq-aşkardır. Belə bir yaradılış
                 fərqliliyindən doğan bəzi haqq (hüqüq) və vəzifə fərqləri də

                 çox  təbiidir.  Məsələn,  kişi  qadına  nisbətən  daha  güclü  və
                 daha  qüvvətlidir.  Qadının  bu  baxımdan  kişinin  etdiyi  işi,

                 yaxud vəzifəni icra etməsi çox çətindir. Bu hal qadın üçün
                 qətiyyən nöqsan deyildir. Bunun əvəzində isə qadın kişidən

                 daha şəfqətli, daha mərhəmətli, daha zərif və daha həssasdır.
                 Bu  xüsuslarda  kişi  qadınla  yarışa  bilməz.  Hər  iki  cins,

                 vəzifələrinə  uyğun  qabiliyyətdə  yaradılmışdır  ki,  həqiqi
                 haqq və ədalət də məhz budur. Yəni kişi-qadın bərabərliyini

                 qadın  və  kişiyə  ayrı-ayrılıqda  deyil,  öz  fitrəti  çərçivəsində
                 yanaşıb  dəyərləndirmək  ən  məqsədəuyğun  yoldur.  Bəli,

                 qadın  yaradılışına  və  qabiliyyətlərinə  görə  müəyyən  vəzifə
                 və hüquqlara malikdir ki, o bu çərçivədə istiqamətləndirilsə,

                 daha yaxşı nəticələr əldə olunar.
                     Nəsilləri  məhz  qadın  dünyaya  gətirir  və  tərbiyə  edir.

                 Bəşəriyyətə  layiqli  fərdlər  onun  feyzli  və  bərəkətli  əli  ilə
                 bəxş edilir. Hələ nəslin yetişməsi xüsusunda qadının şəfqət

                 kimi dəyərlə təchiz edilməsi ona Allahın xüsusi lütfüdür. Bu
   38   39   40   41   42   43   44   45   46   47   48