Page 44 - Islamic Studies 03
P. 44

İslamda Ailə./ (43


                 vəsfi ilə qadın ailə fərdləri arasında bir ehtiram abidəsidir. O,
                 evin  tərbiyəçisi,  müəlliməsi,  qəyyuməsi  və  səadət

                 mənbəyidir. Kişi onunla həqiqi səadətə qovuşur. Uşaq onun
                 şəfqətli  qoynunda  böyüyür,  həssas,  şəfqətli  və  sağlam

                 düşüncəli  yetişir.  Əgər  ana,  iffətli  yaşaya  bilmişsə,  onun
                 sayəsində  uşaq  nə  yolundan  çıxar,  nə  də  mənəviyyatsız

                 yaşıdlarına qoşular. Allah-Təalanın qadına bəxş etdiyi lütflə
                 müqayisədə  bəzi  insanların  bərabərlik  adı  ilə  ona  verəcəyi

                 hər  şey  çox  sönük  görünür.  Bərabərlik  iddiaları  ilə  ona
                 veriləcək hüquqlar, ediləcək yaxşılıqlar qızıl medallarla təltif

                 edilmiş bir insanın yaxasına mis medal taxmaq kimi gülünc
                 və  bəsitdir.  Allah  (c.c.)  qadını  elə  bəzəkli,  al-əlvan  bir

                 paltarla  süsləyib  ki,  artıq  bundan  sonra  ona  geydirilən  hər
                 şey    onun      dəyərini     azaltmağa,      ondan      istifadəyə
                 hesablanmışdır. Allah Təala adili-mütləqdir. Allah (c.c.) hər

                 haqq  sahibinə  haqqını  vermişdir.  Verəndə  də  nə  onu

                 kobudlaşdırmış,  nə  də  gülünc  vəziyyətə  salmışdır.  Bundan
                 sonra  ona  verilən  hər  “haqq”  (hüquq)  bir  haqsızlıq  və
                 zülmdür. Qadının görəcəyi iş onun fiziologiya, psixologiya

                 və  ruhuna  mütləq  uyğun  olmalıdır.  Onun  çiyinlərinə  ağır

                 işlər  yükləmək  və  onun  fitrətinə  yad  işlər  gördürmək  nə
                 bərabərliyə, nə  də  insani  münasibətlərə  sığar.  Əksinə,  belə
                 bir  davranış  qadının  bəzi  hüquqlarından  məhrum  edilməsi

                 deməkdir.  Allah  Rəsulundan  (s.ə.s.)  gələn  bu  hədis
                 yuxarıdakı məsələni çox gözəl şəkildə ifadə edir: “Bir inəyi
   39   40   41   42   43   44   45   46   47   48   49