Page 17 - Islamic Studies 04
P. 17

16) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               Yudğaniyyə  və  Şəzqaniyyə:  İsəviyyənin  qurucusunun

               ölümündən sonra yerinə Yudğan keçmişdir. O, İsəviyyənin bir
               sıra inanclarını mühafizə etmiş, cənnət-cəhənnəmlə bağlı dini
               inancları  izah  etmiş  və  bir  İsrail  peyğəmbəri  kimi

               görünmüşdür. Bu  məzhəb  mənsubları  Həzrət  İsa  və  Həzrət
               Muhəmmədi peyğəmbər qəbul etmələri ilə tanınırlar.




               2.1. Müasir yəhudi məzhəbləri


                 1789-cu il Fransa inqilabının meydana gətirdiyi dəyişikliklər
               yəhudi  dünyasına  da  öz  təsirini  etmişdir. Yəhudilər  tam
               rahatlığa  qovuşa  bilmişlər. Yəhudiliyi  çağdaş  dünyanın

               şərtlərinə  uyğunlaşdırmaq  çalışmalarından  dörd  müxtəlif
               məzhəb ortaya çıxmışdır.


                 Ortodoks       yəhudilik:      digər     məzhəblərin       ayrılması
               nəticəsində meydana gəlmişdir. Bu məzhəb fərisiliklə başlayan
               və  rəbbani  yəhudiliklə  davam  edən  ana  cərəyanın
               günümüzdəki  əksidir. Tövrat,  Talmud  və  digər  rəbbanik

               əsərlərdən  əldə  edilən  klassik  yəhudi  şəriəti  Halakhaya  bağlı
               qrupa günümüzdə ortodoks adı verilmişdir. Ortodoks yəhudilik

               yazılı Tövratın Tanrı tərəfindən Həzrət Musaya yazdırıldığına
               və  şifahi  Tövratın  (Mişna,  Talmud)  da  şifahi  olaraq  vəhy
               edildiyinə  inanır. Ortodoks  inancda  yəhudilərin  Tövratın
               qanunlarına  uymadıqları  üçün  sürgünə  göndərildiklərindən

               bəhs  olunur. Maymonidesin  on  üç  maddəlik  iman  əsasları
               ehkam  kimi  qəbul  edilir. Ortodoks  yəhudiliyə  görə  yəhudi
               xalqı  tövbə  edib  Tövratın  bütün  qaydalarına  riayət  edərsə
   12   13   14   15   16   17   18   19   20   21   22