Page 143 - Islamic Studies 04
P. 143

142) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                 “2-ci  meester”  kimi  tanınan  ikinci  mərhələ  cəmi  5,5  həftə
               davam  edir  və  canlı  bu  müddət  ərzində  “embrion”  və  ya
               “rüşeym”  adlandırılır.  Bu  mərhələdə  hüceyrə  təbəqələrindən
               bədənin başlıca əzaları, təməl orqan və sistemləri əmələ gəlir.
                 “Zumər”  surəsinin  6-cı  ayəsində  insanın  ana  bətnində  üç
               müxtəlif  mərhələlərdən  keçərək  formalaşmasına  işarə  edilir.
               Müasir biologiya bu gün iddia edir ki, ana bətnində toxumun

               embrioloji inkişafının üç müxtəlif mərhələsi var.
               – Fetal mərhələ.
                 Hamiləliyin  “3-cü  meester”i  adlandırılan  mərhələyə  daxil
               olanda rüşeym (embrion) artıq “fetus” adlandırılır. Bu mərhələ
               hamiləliyin 8-ci həftəsindən etibarən başlayır və doğuşa qədər
               davam  edir.  Əvvəlki  mərhələdən  fərqlənən  xüsusiyyəti  isə
               fetusun üzü, əlləri və ayaqları aydın bilinən və insanın xarici
               görünüşünə  malik  olan  bir  canlıya  çevrilməsidir.  Mərhələnin
               başlanğıcında  döl  3  sm  ölçüdə  olsa  da  onun  bütün  orqanları
               əmələ  gəlir.  Bu  mərhələ  30  həftəyədək,  inkişaf  prosesi  isə
               doğuş həftəsinə qədər davam edir.
                 Dölün  ana  bətnindəki  inkişafı  haqqındakı  bu  məlumatlar
               yalnız  müasir  texnoloji  avadanlıqların  köməyi  ilə  aparılmış
               müşahidələr sayəsində əldə edilib. Ancaq göründüyü kimi, bu
               məlumatlar da bir çox digər elmi həqiqətlər kimi yalnız Quran
               ayələrində  möcüzəvi  şəkildə  xəbər  verilmişdir.  Bəşəriyyətin
               təbabət  sahəsində  heç  bir  müfəssəl  biliyə  sahib  olmadığı
               dövrlərdə  Quranda  bu  dərəcədə  dolğun,  ətraflı  və  səhih
               bilgilərin  verilməsi  şübhəsiz  ki,  Quranın  Allah  kəlamı
               olduğunun aşkar sübutudur.
                 “Biz insana ata-anasına tövsiyə etdik. Anası onu çox zəif bir
               halda  daşımışdı.  Uşağın  süddən  kəsilməsi  isə  iki  il  ərzində
   138   139   140   141   142   143   144   145   146   147   148