Page 141 - Islamic Studies 04
P. 141
140) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi
embriologiyadır. Embriologiya elmi isə lap elə yaxın
zamanlara qədər belə hesab edirdi ki, ana bətnindəki dölün
sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel
şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar uzun zaman bu
ayələrin elmlə düz gəlmədiyini iddia ediblər. Ancaq inkişaf
etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl
mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının
nöqsansız şəkildə doğru olduğunu ortaya qoydu.
Bu mikroskopik araşdırmalar da göstərdi ki, dölün ana
bətnindəki inkişafı prosesi məhz ayələrdə izah edildiyi şəkildə,
məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir! Əvvəl
embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra
isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan
ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edir.
Bu proses “Developinq human” (“İnkişaf edən insan”) adlı
elmi jurnalda belə izah edilir:
6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə
körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun
sümüklərdə də sümükləşmə başlayır. Sümüklər yaranmağa
davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən
toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ
toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ
qruplarına ayrılır”.
Qısası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri
müasir embriologiyanın kəşfləri ilə tam uyğunluq və
harmoniya içindədir.
Uşağın ana bətnindəki üç dövrü
Quranda insanın ana bətnində üç mərhələli bir proseslə
yaradıldığı bildirilir.
“…O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-
yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır,