Page 142 - Islamic Studies 04
P. 142

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (141


               hökm  Onundur, Ondan  başqa  heç  bir  Allah  yox-dur. Elə  isə
               necə döndərilirsiniz?»
                                         1
                 “Zumər”  surəsinin  6-cı  ayəsində  insanın  ana  bətnində  üç
               müxtəlif  mərhələlərdən  keçərək  formalaşmasına  işarə  edilir.
               Müasir biologiya bu gün iddia edir ki, ana bətnində toxumun
               embrioloji inkişafının üç müxtəlif mərhələsi var.
                 Bu  gün  müasir  biologiya  elmi  uşağın  ana  bətnindəki
               embrioloji inkişafının üç fərqli mərhələdə baş verdiyini ortaya
               qoyub. Bu gün universitetlərin tibb fakültələrində dərs vəsaiti
               kimi  istifadə  olunan  bütün  embriologiya  kitablarında  bu
               mövzu  ən  fundamental  araşdırma  mövzuları  sırasındadır.
               Məsələn,  embriologiya  haqqında  əsas  kitablardan  biri  olan
               “Basic  Human  Embriology”  (“Əsas  insan  embriologiyası”)
               adlı kitabda bu həqiqət belə ifadə edilir:
                 “Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik və
               ya embrionaqədərki (ilk 2,5 həftə), embrion və ya rüşeym (8-ci
               həftənin  sonuna  qədər)  və  fetal  (8-ci  həftədən  doğuşa qədər)
               mərhələləri”.
                 Tibbi  dildə  “trimeester”,  yəni  “üç  dövr”  adlandırılan  bu
               mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu
               üç  inkişaf  mərhələsinin  bəlli  xüsusiyyətləri  qısaca  şəkildə
               belədir:
               -Preembrionik mərhələ.
                 Ziqota  əsasən  “1-ci  meester”  olaraq  xatırlanan  bu  ilk
               mərhələdə  bölünərək  çoxalır,  bir  hüceyrə  kütləsi  halına
               gəldikdən  sonra  özünü  bətn  divarına  yapışdırır,  hüceyrələr
               çoxalmağa davam edəndə 3 təbəqə halında təşkilatlanır.
               – Embrionik mərhələ.




                                                                                 Zumər, 6. 1
   137   138   139   140   141   142   143   144   145   146   147