Page 139 - Islamic Studies 04
P. 139
138) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə,
bu dəfə uşaq oğlan olur.
Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan
hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq
müəyyən olunur.
Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə
qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum
deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə
bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya
qadın müəyyən edir, yəni körpənin qız, yaxud oğlan olması
guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması,
onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış
təsəvvürlərdən irəli gəlirdi.
Halbuki, Quranda insanlara genlərin kəşfindən hələ 13 əsr
əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş,
cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu
bildirilmişdir.
Cinsin müəyyənləşməsində həlledici rol oynayan amil
xromosomlardır.
Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış
qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
1
“Ələq” – Bətndən asılıb qalma
İnsanın əmələ gəlməsi haqqında Quranda verilən məlumatları
araşdırmağa davam etdiyimiz zaman yenə də bir çox mühüm
elmi möcüzələrlə qarşılaşırıq.
Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən
doğulacaq uşağın ilk özəyi – rüşeym əmələ gəl-miş olur.
Biologiyada “ziqota” adlandırılan bu tək hüceyrə əsla vaxt
Ələq surəsi, 1 . 3 - 1