Page 140 - Islamic Studies 04
P. 140

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (139


               itirmədən  bölünərək  çoxalacaq  və  getdikcə  kiçik  ət  parçası
               halına gələcək.
                 Ancaq ziqota bu cür böyüməsini boşuna həyata keçirmir. O,
               ana  bətninin  divarından  asılıb  qalır.  Malik  olduğu  çıxıntılar
               sayəsində  torpağa  yapışan  köklər  kimi  bura  yapışır.  Ziqota
               özünün inkişafı üçün ehtiyac duy-duğu zəruri qida maddələrini
               məhz həmin köklər sayəsində ananın orqanizmindən əmə bilir.
                 Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxır. Allah
               Quranda  ana  bətninə  yapışaraq  inkişafa  başla-yan  ziqotadan
               bəhs edərkən “ələq” kəlməsini işlədir:
                 “Ələq” kəlməsinin ərəbcədəki mənası isə “bir yerdən asılıb
               qalan, bir yerdən yapışıb tutan şey” deməkdir. Bu kəlmə dəriyə
               yapışaraq oradan qan soran zəlilər haqqında da işlədilir.
                 Şübhəsiz,  ana  bətnində  inkişaf  etməkdə  olan  ziqotanın  bu
               xüsusiyyətini  açıb  göstərən  kəlmədən  istifadə  olunması
               Quranın aləmlərin Rəbbi olan Allahın sözü olmasını bir daha
               təsdiq edir.
               Sümüklərin əzələ ilə örtülməsi
                 Quran  ayələri  ilə  çatdırılan  digər  bir  mühüm  məlumat  isə
               insanın ana bətnindəki əmələgəlmə prosesinin mərhələləri ilə
               bağlıdır.    Ayələrdə      körpənin      ana    bətnində,     əvvəlcə,
               sümüklərinin  əmələ  gəlməsi,  daha  sonra  isə  əzələlərinin
               yaranaraq bu sümükləri örtüb sarıması xəbər verilir:
                 Sonra nütfəni ələqə çevirdik, sonra laxtalanmış qanı (ələqi)
               bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik,
               sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir
               məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə
                               1
               qədər uludur.



                                                                              Muminin, 14 . 1
   135   136   137   138   139   140   141   142   143   144   145