Page 189 - Islamic Studies 04
P. 189

188) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               tanimaq  deyil,    əksinə,    onları  tanımaq  insanı  hədəfə  doğru
               aparan  bir  vəsilədir  ki,    insan  onunla  kamilləşir.  Buda
               özlüyündə əməli tovhiddir.
               Deməli,    mühüm  etiqad  məsələlərindən  biri  insanın
               xoşbəxtliyində iman və əməlin roludur.  Müqəddəs kitabımız
               imansız  əməli  faydasız  hesab  edir.    Çünki  insanın  gordüyü
               bütün  işlər  üçün  iki  hal  mümkündür;    İş  görənin  məqsədi
                                                                        1
               Allahın razılığıdır,  yada hansısa şəxsi məqsəddir.
               Saleh  əməl  imanın  şərtidir.    Bizim  əqidəmizə  görə  axirət
               səadətini  yalnız  müsəlman  anlaya  bilər.    Yeganə  doğru  yol
               İslam dini olduğundan,  onun göstərdiyi yol da,  göstərişlərə
               əməl  etməkdir.  Bu  göstərişləri  bizə  Peyğəmbərimizvə  onun
               pak  Əhli-beyti  verir.    Əhli-  beyt  yolunu  tutanların  həqiqəti
               tanımaqda heç bir problemləri yoxdur.  Onlar məqsədə doğru
               düzgün hərəkət edən İlahinin bizə bəxş etdiyi rəhmətdir.
               Hz Əlinin(ə) yetimlərin qayğısına qalması,  onları himayəsinə
               götürməsi  bizə sübut və örnəkdir. Pis işlə Allahın qəzəbinə,
               onun  öz  bəndələrindən  üz  döndərməsinə  səbəb  olur.  “Allah
                                                                                 2
               Qiyamət günündə onları dindirməz,  onlara nəzər salmaz!”
               Saleh əməlli möminlər Allahın etinasızlığından çox qorxurlar.
               Bu  eyni  zamanda  fitri  bir  hisdir.  Zahirdə  kiçik  görünən  bu
               əməllər  batində  Allahın  razılığına  səbəb  olur.  İsar,    sileyi-
               rəhm,  insaf və mərhəmət də bu katiqoriyaya aiddir.  Niyyəti
               Allahın  razılığı  olan  hər  bir  iş  saleh  əməl  adlanır.
               Hədislərimizdə  bu  haqda  çox  oxumaq    olar.    Saleh  əməlin
               savabını saymaqla qurtarmaz.  Saleh əməl yerinə yetirən və ya
               bir ehtiyaclı mömin qardaşının istəyini ödəmək,  Həcc əməlini
               yerinə yetirmək qədər qiymətlidir Allah yanında.  Hz Sadiq (ə)






               1 - Misbah, Allaha doğru,  səh 133
               2 - Ali İmran /77
   184   185   186   187   188   189   190   191   192   193   194