Page 188 - Islamic Studies 04
P. 188

Dinə söykənən əxlaq/ (187


               daxili  aləminə  görə  əməl  edir.    Uca  Allah  İsra  surəsində  bu
               mövzuya toxunur:
               “De: hər kəs öz qabiliyyətinə görə iş görər “.     1
               Ayə  insan  əməlinin  onun  xislətinə  və  bənzəyişinə  uyğun  və
               muvafiq olduğunu bildirir.  Bu,  əmələ nisbətdə sanki bədəndə
               cərəyan  edən  ruh  kimidir  ki,    əzaları  və  əməlləri  ilə  ruhun
               mənəvi halını təmsil edir.    2
               Hasil olan budur ki,    əgər  insan  ondan  saleh  əməllərin zahir
               olması  üçün  Uca  Allahın  əxlaqları  ilə  əxlaqlanmaq  istəsə,
               gərək birinci növbədə qəlbi etiqadlarını düzəltsin.
               Kamilliyin  zirvə  nöqtəsi  hər  şeyi  Allahdan  bilməkdir.  Yəni
               hədəfə çatmaq üçün irəliləyən kamil insan üçün Allahın iradə
               və  istəyi  hər  şeydən  üstündür.    Bu  isə  ona  dəlalət    edir  ki
               Allahın buyurduğu hər bir şeyi qəbul və əməl etməlidir. Əməl
               etmədən  öyrənməyin  faydası  yoxdur.  Necə  ki  Allah
               buyurmuşdur:
               “Tövrata  əməl  etməyə  mükəlləf  olan,    lakin  onun  haqqını
               verməyən  kəslər(  əməl  etməyənlər)    belində  çoxlu  kitab
               daşıyan  ulağa  bənzərlər.    Allahın  ayələrini  yalan  sayanlar
               barədə çəkilən məsəl necə də pisdir. Allah zalım qövmü doğru
               yola yönəltməz!”.
                                    3
               Göründüyü kimi bu və bunun kimi bir çox ayədə yəhudilərin
               küfrünə,    müşriklərin  fəsadına,    munafiqlərin  müsəlmanlara
               qarşı  olan  nifaqına  eləcə  də  peyğəmbər  və  möminlərin
               imanına,      onların  əməllərini  və  hərəkətlərini  dəlil  olaraq
               göstərir.  Əməlin necəliyi insanın elminə münasibdir və buna
                                4
               dəlalət  edir.  (əlmizan)Ona  görə  də  tovhiddəki  terminləri

               1 - İsra / 84
               2 - Seyyid Kamal Heydəri, Ruhun tərbiyəsi, səh. 30
               3 - Cümə /5
               4 - Əl-Mizan /cild3,  səh 189
   183   184   185   186   187   188   189   190   191   192   193