Page 25 - Islamic Studies 04
P. 25
24) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
ilə evlənməyə icazə verilmir. Belə bir evlənmə olarsa
doğulacaq uşağın yəhudi dini qaydaları əsasında tərbiyə
edilməsi şərt qoyulur. Yəhudilikdə dini bayramlar olduqca
çoxdur. Bunların ən önəmlisi aşağıdakılardan ibarətdir: 1. Roş
ha Şana: Yəhudi təqvimində ilbaşıdır. İslamda olduğu kimi
yəhudilikdə də dini təqvim Günəşə deyil, Aya görə müəyyən
edilir. Roş ha Şana tişri (sentyabr-oktyabr) ayının birində
başlayıb iki gün davam edər. Yəhudi inancına görə Roş ha
Şana kainatın və insanın qədərinin yenidən yaradılmasını ifadə
edir. Yəhudilər bu iki günü ibadət və tövbə ilə
dəyərləndirməyə çalışar. 2. Yom Kippur: Roş ha Şananın ilk
günündən etibarən davam edən on günlük tövbə zamanının
sonundakı kəffarə (günahları örtmə) günüdür. Həmin gün oruc
tutulur, axşama qədər ibadət edilir. 3. Pesah (Fısıh): Misirdən
çıxışı xatırladan, aprel ayının on beşində başlayan və səkkiz
gün davam edən dini "hac" bayramıdır. Bu bayram müddəti
maya vurulmuş heç nə yeyilmir. 4. Şavuot: Həftələr bayramı,
yaxud On Əmrin verilməsi bayramıdır. İki gündür. 5. Sukkot:
Çadırlar bayramıdır. Yəhudilərin Misirdən çıxdıqdan sonra
çöldə çadırlarda qalmalarını xatırladır. Yeddi gündür. 6. Simha
Tora: Tövratın xətm bayramıdır. Hər il bir dəfə Tövrat oxunub
başa çıxılır və sonunda bayram edilir. (Yəhudilərdə hər kəsin
bir Tövratı vardır. Tövrata sayğı hər şeydən əvvəldir. Tövrat
yerə düşərsə, orada olanların otuz gün oruc tutması vacib olur).
Dini və əyləncəli bir bayramdır. 7. Purim: Şəkər bayramıdır.
Buraya qədər sadalananlar yəhudilərin dini bayramları ikən
Purim və Xanuka milli bayramlardır. Purim Qüdsdə bir, digər
yerlərdə iki gün davam edər. Bu bayram yəhudilərin İranda
Estər adlı yəhudi qızının sayəsində kütləvi qırğından
qurtarmalarını xatırladır. 8. Xanuka: Qəndil bayramıdır. İbrani
dilində "açılış, qeyd etmə" anlamına gəlir. Suriya kralı