Page 21 - Islamic Studies 04
P. 21
20) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
isə bunu samirilərin Həzrət Musa şəriətini digər yəhudilərdən
daha çox əslinə yaxın bir şəkildə davam etdirmələri ilə izah
edirlər.
2.2. Yəhudilikdə inanc, ibadət, dini ənənə və bayramlar
Yəhudilərin inancı daha çox gündəlik həyat və ibadətlərdə
özünü göstərir. Ən əhəmiyyətlisi Tövratda bildirilən şəriət
qaydalarının yaşamasıdır... Tövratda və digər yəhudi
müqəddəs kitablarında nələrə inanılmasının lazım olduğuna
dair sistematik məlumatlar yoxdur. Ən önəmli iman əsası
Allahın varlığına və birliyinə imandır. "Tək Tanrı" inancı
mövcuddur. Allah birdir, yaradılmamışdır, əvvəli-sonu yoxdur,
ucadır, hər şeyi bilir, bütün varlıqların Rəbbidir. “Tanrının ən
sevimli milləti yəhudi millətidir. Tanrı onları seçmiş və Sinada
əhd bağlamışdır. Yəhudilikdə ən önəmli yer Həzrət Musaya
verilir.” (Bu bəndlər sözsüz ki, təhrif doludur, çünki Allahın
ədalət sifətini sual altına alır. ) Çünki ona Tora nazil
olmuşdur. Tanrının birliyi Tövratda belə ifadə edilir: "Dinlə,
ey İsrail! Tanrınız Rəbb bir tanrıdır". Yəhudi Müqəddəs
Kitabında Daniel Kitabına qədər
axirət inancı haqqında ifadələrə rast gəlinmir. İşayada bəzi
ifadələr yenidən dirilmə inancına dəlil sayıla bilər:
"Sizinləyəm, ey torpaq içində yatanlar, oyanın və tərənnüm
edin... və hər yer ölülərini bayıra atacaq". Daniel Kitabında isə
əbədi həyatla bağlı bu ifadələr yer almaqdadır: "Torpağın
altında uyuyanların bir çoxu əbədi həyat, bəziləri isə əbədi