Page 22 - Islamic Studies 04
P. 22

Qadınların ictimai mövqeyi  “Əhdi-qədim” də (21


               xəcalət  və  rüsvayçılıq  üçün  oyanacaq. Ağıllı  adamlar  göy
               qübbəsinin  parıltısı  kimi,  çoxunu  düz  yola  döndərənlər  isə
               ulduzlar kimi əbədi və daim parlayacaqlar". Əski yəhudilikdə

               bütün  insanlar  pis  və  yaxşı  olmasından  asılı  olmayaraq,
               öldükdən sonra "Şeol" adlı bir yerə gedəcəklər. Ölümdən sonra
               həyat bir az məzarda, bir az da Yahvə (Tanrı), yaxud insanlarla

               münasibətdə  olmadan  ölülərin  bir  kölgə  kimi  varlıqlarını
               davam  etdirəcəklərinə  inanılan  ölülər  aləmində,  yəni  Şeolda
               keçəcəkdir. Tanahın  əksinə,  Talmudda  axirətin  mahiyyəti
               haqqında müfəssəl məlumatlar vardır.


               Daha  sonra  yəhudilikdə  axirət  inancı  mövzusu  inkişaf  etmiş,
               yenidən  dirilmə,  əbədi  həyat,  sorğu-sual  inancları  meydana

               çıxmışdır. Beləliklə,  yaxşı  insanlar  sınaqdan  çıxdıqdan  sonra
               Ədən deyilən cənnətə gedəcəklər (Ədən - babil dilində "bağça"
               mənasına      gələn     Edinu,     yaxud      Adenu      kəlməsindən

               törəmişdir). Pislər      isə    cəhənnəmə         gedib     cəzalarını
               çəkəcəklər. Cəhənnəm  kəlməsi  ibrani  dilində  "Ge  bne
               Hinnom"  (Hinnom  oğullarının  vadisi)  kəliməsindən  törəyib

               öncə Gehenna, sonra isə indiki şəklini almışdır. XII əsrə qədər
               müəyyən bir inanc sisteminə sahib olmayan yəhudilər Tövratı
               təfsir  edən  din  alimlərinin  sayəsində...  xristianlıqdakı  kimi

               iman əsaslarını mənimsəmişdirlər. Bu alimlərdən Rəbbi Moşe
               ben  Maymon  (Musa  b.  Meymun:  Maimonides:  1135-1204)
               yəhudilər  üçün  bu  on  üç  əsası  toplamış  və  bu  əsasları  əhatə
               edən  inanc  sistemi  qəbul  edilmiş  və  bu  günə  qədər  gəlib

               çatmışdır:
   17   18   19   20   21   22   23   24   25   26   27