Page 20 - Islamic Studies 04
P. 20
Qadınların ictimai mövqeyi “Əhdi-qədim” də (19
sakinləri ortaya çıxmış və bunlara "Şomronim"
deyilmişdir. Hazırda İsraildə Nablus və Tel- Əviv
yaxınlığındakı Holon məntəqələrində yaşayırlar. Yəhudilərin
Tövratı ilə samirilərin Tövratı arasında altı minə yaxın fərq
vardır. Samirilər Qüdsün yerinə Qerizimi müqəddəs yer kimi
qəbul edir və özlərini həqiqi yəhudi kimi görürlər. Etiqad
etdikləri sadəcə Tövratdır. Tövrat isə Musaya vəhy
edilən beş kitabdan ibarətdir. İnanc əsasları da buna uyğun
olaraq beşdir:
1. Bərabəri və yardımçısı olmayan Allah təkdir. Sifətləri
insan sifətlərinə bənzəməz. 2. Musa Allahın yeganə rəsulu və
bütün dövrlərin peyğəmbəridir. Vəhy onunla sona
çatmışdır. Onun kimi peyğəmbər bir daha gəlməyəcəkdir. 3.
Tövrat mükəmməl və tamdır, heç zaman dəyişdirilməyəcəkdir.
4. Gerizim dağı əbədi həyat yurdu, bərəkət dağı və Allahın yer
üzündəki tək məqamıdır. 5. Yenidən dirilmə günü
olacaqdır. Yaxşılar cənnətlə, pislər cəhənnəmlə
mükafatlandırılacaqdır. Samirilərin ibadət formaları
müsəlmanlarınkına yaxındır. Müsəlmanlar kimi dəstəmaz alır,
növbə ilə əlləri, ağzı, burnu, üzü, qulaqları, sağ və sol ayağı
yuyurlar. Dəstəmaz əsnasında Tövratdan parçalar
oxunur. İbadət dili aramicədir. Sinaqoqları da müsəlmanların
məscidi kimidir. İçəridə stol, yaxud sıra yoxdur. İbadətlərində
rüku və səcdə vardır. Müsəlmanların namazına bənzər şəkildə
namaz qılırlar. Tədqiqatçılar bütün bunları uzun zaman
müsəlmanların təsirinə məruz qalmaqla izah edirlər. Digərləri