Page 24 - Islamic Studies 04
P. 24

Qadınların ictimai mövqeyi  “Əhdi-qədim” də (23


               və milli simvollarından biri olan yeddi qollu şamdan (menora)
               vardır. Onların digər simvolu Kral Davidin möhürü kimi qəbul
               edilən  iki  üçbucaqdan  düzəlmiş  "Magen  David"  deyilən  altı
               guşəli bir ulduzdur.
                     İbadət  əsnasında  ən  önəmli  an  Tövrat  rulolarının
               boğçalardan  çıxarılması  və  haham  tərəfindən  oxunmasıdır.
               Sinaqoqda  yəhudilər  səsli  bir  şəkildə  Tövrat  parçalarını
               oxuyurlar. Oxunan ilahilər ibrani dilindədir. Qadınlar ibadətə
               qatılmaz,  yalnız  başı  örtülü  şəkildə  ibadətə  tamaşa  edərlər.
               Yəhudilər dinlərinə bağlılığı və imanlarını Şəma İsrael Duası
               ilə açıqlayırlar: "Dinlə, İsrail, O, bizim Tanrımızdır, O təkdir;
               Onun  üçün  sev  Onu,  Sənin  Tanrını,  bütün  qəlbinlə,  bütün
               canınla, bütün  gücünlə..."  Çox  uzun  olan  bu  duanı  yəhudilər
               beşikdən qəbrədək daim təkrar edərlər. Gündəlik ibadət səhər,
               günorta və axşam yerinə yetirilir. Həftəlik ibadət şənbə günü
               sinaqoqda  edilir.  Sinaqoqda  ibadət  etmək  yalnız  yetkinlik
               çağına çatmış (on üç yaş) ən az on nəfərlə icra edilir. Başıaçıq
               sinaqoqa      girmək      oranın     müqəddəsliyinə  və       Tanrıya
               hörmətsizlik kimi qəbul edilir.
                     Yəhudilikdə  uşaq  səkkizinci  gün  sünnət  edilir.  Sünnətə
               uyğun  ayinlər  icra  olunur.  Sünnət  olunan  uşağı  tutan  kəsə
               kirvə mənasına gələn "sandek" deyilir. Uşaq sünnət edilərkən
               ailəsi  beşiyin  başına  toplaşır,  beşiyə  bir  Tövrat  rulonu,
               mürəkkəb və qələm qoyulur və uşağın bir Tövrat xəttatı olması
               diləyi  göstərilir.  Tövratı  öyrənməsi  və  qoruması  üçün  dua
               edilir.  Yəhudilər  uşaqlarına  məktəbə  başlamazdan  əvvəl  bir
               səhər, bir də axşam dualarını öyrədirlər. 6-7 yaşında uşağa dini
               təhsil  verilir.  12  yaşından  etibarən  uşaq  sinaqoqa  getməyə,
               oruc  tutmağa  və  digər  ibadətləri  yerinə  yetirməyə  başlayır.
               Yəhudilikdə evlənmə dini bir hökmdür. Başqa din mənsubları
   19   20   21   22   23   24   25   26   27   28   29